Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşdə Qarabağ və Şərqi Zəngəzurda yerləşən bütün şəhər və kəndlərin yerlə-yeksan edildiyini, həmin ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə aparıldığını və təxminən bir milyona yaxın azərbaycanlının doğma torpaqlarından didərgin salındığını bildirib.
Dövlət başçısı bəyan edib ki, Ermənistanı dəstəkləyən bəzi dövlətlər məsələnin həllinə deyil, işğalın uzadılmasına çalışır, onlarla ölkələrin Ermənistanı hərbi, iqtisadi və siyasi dəstəklədiyini və bunun işğalçıya mükafat verilməsi demək olduğunu vurğulayıb.
Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycan xalqı bu ədalətsizliyə son qoyub və bununla dünyada presedent yaradılıb; o, işğal edilmiş torpaqların azad edilməsinin indiyədək nadir hallarda baş verdiyini qeyd edib.
Mənbə: apa.az





