Bakının Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin qəsdən yandırılması ilə bağlı cinayətdə daha bir şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, əməliyyat tədbirləri nəticəsində artıq saxlanmış Fuad İbrahimovla birgə cinayətdə şübhəli bilinən İlkin Novruzov müəyyən edilərək həbs qətimkan tədbiri seçilib.
Hadisə bir neçə gün əvvəl baş verib və avtomobilin qəsdən yandırılması faktı üzrə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə hadisənin bütün hallarının araşdırılması istiqamətində müvafiq istintaq hərəkətləri davam etdirilir.
Mənbə: az.trend.az

