Prezident İlham Əliyev bildirib ki, gələn il Azərbaycanda keçiriləcək İƏT-in Zirvə Görüşünün çox gözəl nəticələri olacağına ümid edir və Zirvə Görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslərin, anlaşılmazlıqların və bəzi hallarda toqquşmaların başa çatacağına ümid edir.
Bu fikirləri o, Bakıda beynəlxalq konfrans iştirakçıları ilə görüşdə səsləndirib.
Prezident vurğulayıb ki, Azərbaycan tərəfi öz imkanları daxilində çalışacaq ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, lazımsız söz‑söhbətlər yığışdırılsın və qarşıdurmalar dayandırılsın.
O əlavə edib ki, müsəlmanları ayırmaq və İslam dininə zərbə vurmaq istəyən ünsürlər öz yerlərinə otursunlar.
Mənbə: apa.az





