UNEC komandası “TransportTech” hakatonunda I yerə layiq görülüb. Yarışma İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin birgə təşkilatçılığı ilə “Openwave” Açıq İnnovasiya proqramı çərçivəsində keçirilib.
Hakaton iştirakçıları AYNA tərəfindən təqdim olunan məlumatlar əsasında nəqliyyat sektorundakı problemlərə yönələn həllər üzərində işləyiblər və prototiplər hazırlayıblar.
Münsiflər heyəti UNEC komandasının təqdim etdiyi prototipi yüksək qiymətləndirərək I yerə layiq görüblər.
Qalib komandanın üzvləri Rəqəmsal İqtisadiyyat fakültəsinin “Kompüter mühəndisliyi” ixtisası üzrə tələbələri İlkin İsmayılov, Məhəmməd Nəzərli, Aydın Əliyev və SABAH qrupunun Menecment ixtisası üzrə tələbəsi Atabəy Əsgərovdur.
Mənbə: az.trend.az

