Bazar, 29 Noyabr 2026 17:12:05 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00
Mədəniyyət

Yevlaxda Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirildi

27.06.2019 23:14 · 670 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Yevlax şəhər Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyası növbəti tədbir keçirdi

“Rubin.az” xəbər verir ki,tədbir 26 iyun beynəlxalq narkomanya əlehinə mübarizə gününə həsr edilmişdir.
Heydər Əliyev mərkəzinin geniş zalında keçirilən tədbirə Şəhər Təhsil Şöbəsinin, Mərkəzi Şəhər Xəstəxanasının, Mədəniyyət və Turizm Şöbəsinin nümayəndələri, ümumtəhsil məktəblərinin müəllimləri, valideynlər dəvətli idilər.
Əvvəlcə tədbir iştirakçılarına mövzu ilə bağlı bukletlər paylanıldı.
Sonra tədbiri giriş sözü ilə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının I müavini Yevlax şəhər Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının sədri Qənimət Qaraşov açaraq mövzu haqqında auditoriyaya məlumat verdi.
Bundan sonra tədbir iştirakçıları birgə “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı filmə tamaşa etdilər.
Çıxışını davam etdirən Qənimət Qaraşov bugünkü mövzunun aktuallığına diqqət çəkdi. Bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb və ölkəmiz bu yolla inamla irəliləyir. Bu böyük inkişafda gənclərin rolu və əməyi təqdirəlayiqdir. Sağlam, intellektual, vətənpərvər gənclik ölkənin gələcəyi, dövlətin sərvətidir. Bu sərvətin qayğısına qalmaq hər birimizin vətəndaşlıq borcudur.
Natiq çıxışının davamında təəssüflə qeyd etdi ki, bu gün yaxşı işi, əməli, düşmənlə döyüşlərdə şücaəti, qəhrəmanlığı ilə hər birimizin fəxr, iftixar yeri olan gənclərlə yanaşı zərərli vərdişlərlə həm öz həyatını və sağlamlığını itirən, həm də ətraf üçün arzuolunmaz, təhlükəli bir fərdə çevrilənləri də var. Bunun çox ürəkağrıdıcı bir hal olduğunu söyləyən Qənimət Qaraşov narkomanlığa qarşı effektiv mübarizənin bütünlükdə cəmiyyətin birgə səylərindən çox asılı olduğunu vurğuladı.
Sonra Polis mayoru Mubariz Cəfərov narkomaniyaya qarşı mübarizədə rəhbərlik etdiyi polis orqanının son vaxtlar gördüyü işlər və əldə olunan nəticələr barədə danışaraq, fikirlərini faktlarla əsaslandırdı.
Narkoloq həkim Saleh Səfərov da öz növbəsində bəşəriyyətin bir nömrəli problemləri sırasına öncüllük edən narkomaniyadan uzaq olmağın ən yaxşı yolunun elmdən, təhsildən keçdiyini bildirdi. Qeyd etdi ki, belə maarifləndirici tədbirlərin keçirilməsi olduqca əhəmiyyətli və faydalıdır, odur ki, belə auditoriyalarda tez-tez görüşməli, gənclərimizi və yeniyetmələrimizi məlumatlandırmalıyıq. Həkim narkoloq Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013- 2018-ci illər Dövlət Proqramı”nın icrası ilə bağlı 2015- ci ildə ölkə ərazisində, o cümlədən Yevlaxda görülən işlərdən danışdı.

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev bildirdi ki, gənclərin milli-mənəvi dəyərlərimizə hörmət, elmə, təhsilə məhəbbət ruhunda tərbiyəsinin, asudə vaxtlarının səmərəli təşkilinin narkomaniya ilə mübarizədə ən kəsərli vasitə olmasından söz açdılar. Əli Quliyev xüsusi ilə vurğuladı ki, bu gün cənab Prezidentin gənclərə qayğı və diqqəti sayəsində gənclərin bir vətəndaş ölkənin sağlam gələcəyinin təminatçısı olaraq formalaşması üçün hər cür şərait yaradılmışdır. Üzərimizə düşən vəzifə yaradılmış şəraitdən gəncləri maksimum faydalandırmaqdan ibarət olmalıdı. Bu istiqamətdə hərbirimiz bir təbliğatçı olmalıyıq.
Tədbiri Komissiya sədri Qənimət Qaraşov yekunlaşdırdı.

↑