Çərşənbə, 25 Noyabr 2026 17:13:24 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
25 Noyabr 2026
SON XƏBƏRLƏR
Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00
Mədəniyyət

Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub – Fotolar

16.05.2019 23:09 · 584 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Mayın 16-da Mədəniyyət Nazirliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub.

“Rubin.az” xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət, incəsənət və elm sahəsinə göstərilən dövlət qayğısından danışıb. Nazir vurğulayıb ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində mədəniyyət və incəsənət xadimlərinə böyük diqqət və qayğı göstərib. Ümummilli liderin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Dövlət başçısı hər zaman müxtəlif sahələrdə çalışan insanların əməyini yüksək qiymətləndirərək onları mükafatlandırıb. Ölkə həyatının digər sahələrindən fərqli olaraq, mədəniyyət sahəsində təltif edilənlərin sayı daha çoxdur. Bu da özlüyündə mədəniyyət xadimlərinin uğurlu fəaliyyətindən xəbər verir”.

Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən söz açan nazir Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın bu sahədə müstəsna xidmətlərini xüsusi vurğulayıb.

Sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Şöhrət” ordeni ilə təltif olunan Xalq artisti Hacı İsmayılov və “Tərəqqi” medalına layiq görülmüş Əməkdar artist Yadigar Muradov, Balakişi Qasımov, Elman Talıbova mükafatların vəsiqə və nişanları təqdim edildi. Nazir bütün təltif olunanlara cansağlığı, yeni uğurlar arzulayıb.

Sonda mükafata layiq görülənlər çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.

 




↑