2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili 16 noyabr 2026-cı il tarixindən başlayaraq 16-20 noyabr tarixlərini əhatə edəcək.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, payız tətilindən sonra dərslərin başlanma tarixi iş həftəsinin təşkilindən asılıdır: altı günlük iş həftəsi ilə işləyən müəssisələrdə ilk dərs günü 21 noyabr 2026-cı il, beş günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 23 noyabr 2026-cı il olacaq.
Tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Payız tətilinin müəyyən edilməsi Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun həyata keçirilib.
Mənbə: az.trend.az

