Cümə, 13 Noyabr 2026 18:27:20 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
13 Noyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli13.11.2026 18:00 Məktəblərdə payız tətili başlayır13.11.2026 15:00 Müəllimlərə yeni qadağalar13.11.2026 12:00 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib (FOTO)13.11.2026 09:00 Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər12.11.2026 21:00 Azərbaycan və Türkiyə arasında təlim-tədris üzrə yekun protokol imzalanıb (FOTO)12.11.2026 18:00 Azərbaycanda buzlaqların sahəsi azalır – Teymur Musayev açıqladı12.11.2026 15:00 Gələn il mediaya 68 milyon manat ayrılacaq12.11.2026 12:00 Nyu-Yorkda binanın çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb (YENİLƏNİB)12.11.2026 09:00 Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası11.11.2026 21:00 Krivoy Roqda Zəfər Gününə həsr olunan tədbir keçirilib (FOTO)11.11.2026 18:00 FINCA Azerbaijan “Heyva Festivalı”nda yerli sahibkarlarla bir araya gəlib (FOTO)11.11.2026 15:00 Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli13.11.2026 18:00 Məktəblərdə payız tətili başlayır13.11.2026 15:00 Müəllimlərə yeni qadağalar13.11.2026 12:00 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib (FOTO)13.11.2026 09:00 Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər12.11.2026 21:00 Azərbaycan və Türkiyə arasında təlim-tədris üzrə yekun protokol imzalanıb (FOTO)12.11.2026 18:00 Azərbaycanda buzlaqların sahəsi azalır – Teymur Musayev açıqladı12.11.2026 15:00 Gələn il mediaya 68 milyon manat ayrılacaq12.11.2026 12:00 Nyu-Yorkda binanın çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb (YENİLƏNİB)12.11.2026 09:00 Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası11.11.2026 21:00 Krivoy Roqda Zəfər Gününə həsr olunan tədbir keçirilib (FOTO)11.11.2026 18:00 FINCA Azerbaijan “Heyva Festivalı”nda yerli sahibkarlarla bir araya gəlib (FOTO)11.11.2026 15:00
Gündəm

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib (FOTO)

13.11.2026 09:00 · 9 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Heydər Əliyev Fondunun vitse‑prezidenti və IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva noyabrın 12‑də COP31 çərçivəsində BMT‑nin Məskunlaşma Proqramının Şərqi Avropa və Mərkəzi Asiya Regional Ofisinin direktoru Erfan Ali ilə görüşüb.

Görüşdə Azərbaycanın dayanıqlı şəhərsalma və ətraf mühitin qorunması sahəsində atdığı addımlar barədə məlumat verilib. IDEA İctimai Birliyinin şəhər mühitinin yaxşılaşdırılması, yaşıl zonaların genişləndirilməsi və ekoloji maarifləndirməyə yönəlmiş fəaliyyətləri təqdim olunub.

Müzakirələr zamanı sahilyanı şəhərlərin iqlimə davamlılığının möhkəmləndirilməsi, risklərin qiymətləndirilməsi və şəhərsalma proseslərində ekoloji amillərin nəzərə alınmasının vacibliyi vurğulanıb.

IDEA İctimai Birliyi ilə UN‑Habitat arasında yaşıllaşdırma, dayanıqlı yaşayış mühitlərinin yaradılması və iqlimə uyğunlaşma sahələrində əməkdaşlıq imkanları müzakirə edilib və birgə təşəbbüslərin həyata keçirilməsi perspektivlərinə toxunulub.

Eyni gündə Leyla Əliyeva COP31 çərçivəsində Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi Celeste Saulo ilə görüş keçirib. Görüşdə iqlim təsirlərinin qiymətləndirilməsi, meteoroloji müşahidələrin yaxşılaşdırılması və elmi məlumatların istifadəsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrdə Xəzər dənizinin səviyyəsindəki dəyişikliklərin elmi araşdırılması və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, iqlim monitorinqinin gücləndirilməsi və erkən xəbərdarlıq sistemlərinin inkişafı üzrə perspektivlər müzakirə olunub.

Həmçinin IDEA İctimai Birliyi ilə ÜMT arasında gənc tədqiqatçıların iqlim sahəsində təlimi, beynəlxalq təcrübə mübadiləsi və müvafiq təlim proqramlarının təşkili imkanları barədə fikir mübadiləsi aparılıb.

Mənbə: az.trend.az

↑