Çərşənbə axşamı, 03 Noyabr 2026 21:26:25 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
03 Noyabr 2026
SON XƏBƏRLƏR
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi03.11.2026 21:00 ADA Universitetinin nümayəndə heyəti İtaliyadakı tərəfdaş universitetlərə səfər edib (FOTO)03.11.2026 18:00 Moskva aeroportlarında dron həyəcanı: Bakı reysləri də saatlarla gecikib03.11.2026 15:00 Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir (FOTO)03.11.2026 12:00 Qaradağda yeni körpülərin sayı 5-ə çatdı: Onlardan 3-ü Qobustandadır03.11.2026 09:00 YAP-ın təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)02.11.2026 21:00 Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb (FOTO)02.11.2026 18:00 Əsilzadələr Məclisi fəaliyyətini bərpa edir?02.11.2026 15:00 Qaytarıla bilməyən kreditlərin aqibəti necə olacaq?02.11.2026 12:00 Bəzi ərazilərdə işıq olmayacaq02.11.2026 09:00 Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər (FOTO)01.11.2026 21:00 Media Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınayıb01.11.2026 18:00 Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi03.11.2026 21:00 ADA Universitetinin nümayəndə heyəti İtaliyadakı tərəfdaş universitetlərə səfər edib (FOTO)03.11.2026 18:00 Moskva aeroportlarında dron həyəcanı: Bakı reysləri də saatlarla gecikib03.11.2026 15:00 Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir (FOTO)03.11.2026 12:00 Qaradağda yeni körpülərin sayı 5-ə çatdı: Onlardan 3-ü Qobustandadır03.11.2026 09:00 YAP-ın təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)02.11.2026 21:00 Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb (FOTO)02.11.2026 18:00 Əsilzadələr Məclisi fəaliyyətini bərpa edir?02.11.2026 15:00 Qaytarıla bilməyən kreditlərin aqibəti necə olacaq?02.11.2026 12:00 Bəzi ərazilərdə işıq olmayacaq02.11.2026 09:00 Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər (FOTO)01.11.2026 21:00 Media Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınayıb01.11.2026 18:00
Gündəm

ADA Universitetinin nümayəndə heyəti İtaliyadakı tərəfdaş universitetlərə səfər edib (FOTO)

03.11.2026 18:00 · 7 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

ADA Universitetinin rektoru Hafiz Paşayevin rəhbərliyi ilə nümayəndə heyəti 20–29 oktyabrda İtaliya–Azərbaycan Universiteti layihəsi çərçivəsində İtaliyanın dörd ali təhsil müəssisəsinə — Milan Politexnik Universiteti, Bolonya Universiteti, Turin Politexnik Universiteti və Luis Quido Karli Universitetinə səfər edib. Səfərin məqsədi layihənin ilk beşillik mərhələsində əldə olunmuş nəticələri və həyata keçirilmiş layihələri tərəfdaşlarla birgə qiymətləndirmək, yeni proqramları müzakirə etmək və əməkdaşlıq prioritetlərini müəyyənləşdirmək olub.

Milan Politexnik Universitetində nümayəndə heyətinə əməkdaşlığın cari vəziyyətinə dair hesabat təqdim olunub; heyət universitetin yeni dizayn laboratoriyaları ilə tanış olub və doktorantlarla görüşüb. Turin Politexnik Universitetində tədqiqat və laboratoriya infrastrukturu, o cümlədən “Enerji Mərkəzi” ilə tanışlıq keçirilib; burada mövcud imkanlardan istifadə perspektivləri müzakirə olunub və səfər zamanı iki universitet arasında qarşılıqlı tələbə mübadiləsinə dair memorandum imzalanıb.

Bolonya Universitetində əməkdaşlığın növbəti mərhələsi üzrə strateji hədəflər müzakirə olunub; nümayəndə heyəti doktorantura səviyyəsində təhsil alan tələbələrlə və kənd təsərrüfatı və qida elmləri sahəsində ikili proqram üzrə magistrant və bir semestrlik tələbə mübadiləsi proqramı çərçivəsində təhsil alan bakalavrlarla görüşüb.

Luis Quido Karli Universitetində əməkdaşlığın nəticələri nəzərdən keçirilərək hüquq ixtisası üzrə ikili diplom proqramına dair sənəd imzalanıb; nümayəndə heyəti GMAP üzrə ikili diplom magistratura proqramının tələbələri ilə də görüşüb.

ADA Universiteti vasitəsilə Dövlət Proqramı çərçivəsində akademik kadrların hazırlanması məqsədilə Milan Politexnik Universitetində 15, Bolonya Universitetində 12 və Turin Politexnik Universitetində 4 tələbə doktorantura təhsili alır. Səfər zamanı aparılan müzakirələr və əldə olunan razılaşmalar İtaliya–Azərbaycan Universiteti layihəsi üzrə əməkdaşlığın davamlı inkişafına, iki ölkə arasında təhsil və elmi tədqiqat sahələrində strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

Mənbə: az.trend.az

↑