Daş Salnamə Muzeyində rəssam-heykəltaraş Orxan Nəbizadənin “Qədim daş, müasir yaddaş” adlı layihəsi və Elvin Nəbizadənin “Məsuliyyət radiusu” adlı əsəri nümayiş etdirilib.
Tədbirə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva qatılıblar.
“Qədim daş, müasir yaddaş” layihəsi Qobustanın qədim qayaüstü təsvirlərindən ilhamlanaraq hazırlanıb və sərgilənən heykəllərdə Qafqaz bəbiri, ceyran, boz canavar, qonur ayı və şah qartalı obrazları yer alıb.
“Məsuliyyət radiusu” layihəsi insan ilə vəhşi təbiət arasındakı münasibəti interaktiv üsullarla təqdim edir.
Mənbə: az.trend.az

