NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının məlumatına görə, Qərbi Afrikada, Malidə 2022-ci ildə tapılan və təxminən 800 qram çəkisi olan “Teghaza 001” adlı meteoritin 4,1 milyard ildən daha qədim olduğu müəyyən edilib.
Tədqiqatçılar meteoritdə apardıqları mineraloji təhlillər nəticəsində təxminən 4,1 milyard il əvvəl suyun süxurun strukturunu dəyişdiyini göstərən izlər aşkar etdiklərini bildiriblər.
Məlumatda “Teghaza 001”in Yer üzündə tapılmış ən qədim üç Mars meteoritindən biri olduğu vurğulanır.
Alimlər qeyd edirlər ki, əldə olunan nəticələr Marsın ilkin tarixi, planetdə su dövranı və onun qabığının formalaşması prosesinin öyrənilməsinə töhfə verə bilər.
Mənbə: az.trend.az

