Cümə, 30 Oktyabr 2026 12:53:42 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00
Gündəm

Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir

30.10.2026 12:00 · 5 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Milli Məclisdə müzakirə olunan Mülki Prosessual Məcəllədə dəyişiklik layihəsinə əsasən, məhkəmə ekspertizasının iclasdan kənar, yəni tədqiqat obyektinin olduğu yerdə keçirilməsi mümkün olacaq. Ekspert rəy vermək üçün zəruri bildikdə məhkəmədən həmin yerdə tədqiqat aparılmasını xahiş edə biləcək; əgər materialları məhkəməyə və ya ekspertiza idarəsinə gətirmək mümkün deyilsə və ya çətinlik yaradırsa, ekspertiza iclasdan kənar keçirilə bilər.

Qərarda tədqiqat obyektinin fiziki xüsusiyyətlərinə görə elektron qaydada müvafiq orqanın informasiya sisteminə göndərilməsi mümkün olmayan obyektlərin ekspertə poçt vasitəsilə və ya bilavasitə təqdim ediləcəyi göstəriləcək. Belə təqdim olunan obyektlər məhkəmə ekspertizası idarəsinə təqdim edildiyi gündən 1 aydan gec olmayaraq ekspert yazılı rəy verəcək, onu imzası ilə təsdiqləyib dərhal məhkəməyə göndərəcək.

Ekspert rəy verilməsi üçün tədqiqat obyektinin olduğu yerdə tədqiqat aparılmasının zərurətini müəyyən etdikdə, elektron göndəriş mümkün olmayan obyektlər ekspertizasaya təqdim edildiyi vaxtdan 5 gündən gec olmayaraq məhkəməyə vəsatət göndərəcək; vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstəriləcək. Məhkəmə həmin vəsatətə 3 gün müddətində baxacaq və zərurət halında məhkəmə ekspertizası idarəsinin rəhbərinə məlumat verilməklə müddətlər uzadıla biləcək.

Cinayət-Prosessual Məcəllədə dəyişiklik layihəsinə əsasən, hadisə yerində və ya tədqiqat obyektinin olduğu yerdə tədqiqat aparılan zaman müstəntiq tədqiqatın aparılmasını və müvafiq şəxslərin həmin əraziyə daxil olmasını təmin edəcək. Məhkəmə baxışı zamanı təyin edilən ekspertizanı aparan zaman isə məhkəmə tədqiqatın aparılmasını və şəxslərin həmin əraziyə daxil olmasını təmin edəcək.

Ekspert rəylərinin elektron qaydada müvafiq orqanın informasiya sistemi vasitəsilə göndərildiyi hallarda rəy təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq olunacaq; elektron əlavə edilməyən maddi sübutlar, nümunələr, fotoşəkillər və digər materiallar poçtla və ya bilavasitə təqdim olunmalıdır. Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Mənbə: az.trend.az

↑