Cümə axşamı, 12 Noyabr 2026 10:57:03 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
12 Noyabr 2026
SON XƏBƏRLƏR
Nyu-Yorkda binanın çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb (YENİLƏNİB)12.11.2026 09:00 Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası11.11.2026 21:00 Krivoy Roqda Zəfər Gününə həsr olunan tədbir keçirilib (FOTO)11.11.2026 18:00 FINCA Azerbaijan “Heyva Festivalı”nda yerli sahibkarlarla bir araya gəlib (FOTO)11.11.2026 15:00 Binəqədidəki qaz problemi ilə bağlı rəsmi açıqlama verildi11.11.2026 12:00 Kamçatkada 4,8 bal gücündə zəlzələ baş verib11.11.2026 09:00 COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev10.11.2026 21:00 Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək – QƏRAR10.11.2026 18:15 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir10.11.2026 15:00 Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb10.11.2026 12:00 Qarabağda genişmiqyaslı bərpa işləri davam edir – Ərdoğan10.11.2026 09:00 Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Hacıqabul rayonundan paylaşım edib (FOTO/VİDEO)09.11.2026 21:00 Nyu-Yorkda binanın çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb (YENİLƏNİB)12.11.2026 09:00 Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası11.11.2026 21:00 Krivoy Roqda Zəfər Gününə həsr olunan tədbir keçirilib (FOTO)11.11.2026 18:00 FINCA Azerbaijan “Heyva Festivalı”nda yerli sahibkarlarla bir araya gəlib (FOTO)11.11.2026 15:00 Binəqədidəki qaz problemi ilə bağlı rəsmi açıqlama verildi11.11.2026 12:00 Kamçatkada 4,8 bal gücündə zəlzələ baş verib11.11.2026 09:00 COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev10.11.2026 21:00 Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək – QƏRAR10.11.2026 18:15 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir10.11.2026 15:00 Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb10.11.2026 12:00 Qarabağda genişmiqyaslı bərpa işləri davam edir – Ərdoğan10.11.2026 09:00 Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Hacıqabul rayonundan paylaşım edib (FOTO/VİDEO)09.11.2026 21:00
Gündəm

Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 18:00 · 13 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Milli Məclisdə müzakirə edilən qanun layihəsinə əsasən, pulsuz hüquqi yardımın göstərilməsi qaydalarının pozulmasına görə inzibati cərimələr nəzərdə tutulur: fiziki şəxslər üçün 100–200 manat, vəzifəli şəxslər üçün 200–300 manat, hüquqi şəxslər üçün 300–400 manat arasında cərimə tətbiq edilə bilər.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 27-də keçirilən iclasında müzakirə olunub və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında təklifləri özündə əks etdirir.

Layihəyə görə, pulsuz hüquqi yardım ilkin və peşəkar yardım formasında göstəriləcək. İlkin yardım şəxslərin hüquq və vəzifələri barədə məlumatlandırılma, ərizə və şikayətlərin hazırlanmasına köməklik və peşəkar yardıma daxil olmayan digər dəstəyi əhatə edir.

Peşəkar hüquqi yardım cinayət işlərində müdafiə, zərərçəkmiş və xüsusi ittihamçının təmsilçiliyi, insan alveri və cinsi zorakılıq qurbanlarına, məişət zorakılığı mağdurlarına və inzibati qaydada tutulmuş şəxslərə yardım, həmçinin mülki və inzibati məhkəmə təmsilçiliyi və Konstitusiya Məhkəməsində şikayətlərin təmsilçiliyini nəzərdə tutur.

Layihədə pulsuz hüquqi yardımın dövlət büdcəsinin vəsaiti hesabına göstərilməsi və “pro bono” xidməti anlayışının ayrıca müəyyən edilməsi nəzərdə tutulur; sənədə görə vəkillər ildə ən azı 30 saat ictimai fayda məqsədilə ödənişsiz hüquqi yardım göstərməlidirlər.

Mənbə: az.trend.az

↑