Bakı Ağır Cinayətlər Məhkəməsi 22 oktyabr 2026-cı il tarixli hökmü ilə Ramiz Ənvər oğlu Mehdiyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulan ittihamlar üzrə təqsirləndirilmə barədə qərar verib və ona 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.
Hökmə görə, Mehdiyevin yüksək yaşı və mövcud xəstəlikləri nəzərə alınaraq Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələbləri əsasında həmin cəzanın şərti tətbiqinə qərar verilib.
Hökmdə həmçinin Ramiz Ənvər oğlu Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsinə dair müvafiq təqdimatın hazırlanıb göndərilməsi qərara bağlanıb.
Qərarda göstərilir ki, Mehdiyevin mülkiyyətində olan əmlaklar xüsusi müsadirə yolu ilə dövlət nəfinə keçirilib.
Mənbə: az.trend.az

