Bakı metropolitenində “Həzi Aslanov” stansiyasından “İçərişəhər” istiqamətinə qatarların hərəkəti bərpa olunub.
Beləliklə, “Həzi Aslanov”–“İçərişəhər” xətti üzrə qatarlar yenidən müntəzəm hərəkətə başlayıb. Əvvəllər məhdudiyyətə görə qatarlar yalnız “Həzi Aslanov” stansiyasından “Əhmədli”yə qədər gedir və oradan geri qayıdırdı.
Mənbədə bildirilib ki, stansiyanın dalanında əsaslı təmir və yenidənqurma işləri aparılıb; bu işlər başa çatdığından hərəkət bərpa olunub.
Yenidənqurma çərçivəsində dalan infrastrukturu yenilənib və yollar altı vaqonlu qatarların qəbulu üçün uzadılıb.
Mənbə: az.trend.az

