Dövlət İmtahan Mərkəzi bu gün peşəkar mühasib sertifikatının II mərhələsi — qanunvericilik üzrə test imtahanını keçirir. İmtahan DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan şəhərində 4 nömrəli orta məktəbdə təşkil olunur.
İmtahanın təşkili üçün 2 ümumi imtahan rəhbəri, 7 imtahan rəhbəri, 45 nəzarətçi və 7 buraxılışı rejimi əməkdaşı cəlb edilib.
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə sessiya saat 10:00-da başlayıb və 3 saat davam edib; bu sessiyada 524 nəfər iştirak edib.
Eyni gündə Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün və İctimai Sektor üçün müvafiq səviyyələr üzrə PMS imtahanı saat 16:00-da başlayıb.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda qapalı tipli tapşırıqların nəticələri ilə tanış olmaq imkanına malikdirlər.
Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yekun imtahan nəticələri 6 həftədən sonra elan olunacaq.
Mənbə: az.trend.az

