Azərbaycan ilə Pakistan arasında ədliyyə və məhkəmə sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Bu barədə məlumat ədliyyə nazirinin Pakistan İslam Respublikasının Federal Konstitusiya Məhkəməsinin sədrilə görüşündə verilib.
Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin tarixi, mədəni və dini bağlara əsaslandığı vurğulanıb. Həmçinin, Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlığın inkişafında qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin rolu qeyd olunub.
Tərəflər iki ölkənin ədliyyə qurumları arasında imzalanmış Anlaşma Memorandumu və Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirilən tədbirləri nəzərdən keçiriblər. Bildirilib ki, hakimlər və ədliyyə işçiləri üçün birgə təlim proqramları təşkil olunur.
Məlumatda indiyədək İslamabadda və Bakıda iki təlim keçirildiyi göstərilib. Növbəti təlimin noyabr ayında İslamabadda keçirilməsi nəzərdə tutulur.
Bildirilib ki, birgə təlimlər və digər tədbirlər müvafiq qurumlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək və hüquqi əməkdaşlığın gələcəkdə də genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Mənbə: az.trend.az

