Cümə axşamı, 22 Oktyabr 2026 11:37:42 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
22 Oktyabr 2026
SON XƏBƏRLƏR
İsti havada kondisioneri qoşmaq qərarını sürücü verə bilməz – “BakuBus” açıqladı22.10.2026 09:00 Regional Su Meliorasiya QSC-yə icraçı direktor təyin edilib21.10.2026 21:00 “Səhər 9-da sağlam, saat 2-də isə xəstə”21.10.2026 18:00 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb21.10.2026 15:00 Azərbaycanda ailələrin sayı açıqlanıb21.10.2026 12:00 Bakının bu ərazilərində işıq olmayacaq21.10.2026 09:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 İsti havada kondisioneri qoşmaq qərarını sürücü verə bilməz – “BakuBus” açıqladı22.10.2026 09:00 Regional Su Meliorasiya QSC-yə icraçı direktor təyin edilib21.10.2026 21:00 “Səhər 9-da sağlam, saat 2-də isə xəstə”21.10.2026 18:00 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb21.10.2026 15:00 Azərbaycanda ailələrin sayı açıqlanıb21.10.2026 12:00 Bakının bu ərazilərində işıq olmayacaq21.10.2026 09:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00
Gündəm

İsti havada kondisioneri qoşmaq qərarını sürücü verə bilməz – “BakuBus” açıqladı

22.10.2026 09:00 · 9 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Trend-in sorğusuna cavab olaraq “BakuBus” MMC bildirib ki, sentyabrın 23-dən payız mövsümünün başlanması ilə əlaqədar istismarda olan avtobuslarda mövsümi rejimə keçilib və kondisionerlərin soyutma funksiyası dayandırılıb.

Qurum əlavə edib ki, mövsümi rejimə uyğun olaraq avtobuslarda havalandırma sistemlərindən istifadə olunur; havanın nisbətən isti olduğu günlərdə salonun havalandırılması üçün pəncərələrin açılmasından da istifadə edilə bilər.

Hava soyuduqda avtobuslarda isitmə sistemi aktivləşdiriləcək.

“Soyutma və isitmə sistemlərinin mövsümi rejim üzrə aktivləşdirilməsi və dayandırılması mərkəzləşdirilmiş qaydada tənzimlənir və sürücülərin fərdi qərarından asılı deyil”, – məlumatda vurğulanıb.

Mənbə: az.trend.az

↑