Oktyabrın 21-də Yasamal, Nizami və Binəqədi rayonlarının müəyyən ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilməsində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə “Azərişıq” ASC məlumat verib.
Azərişıq bildirib ki, təmir-təftiş işləri abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması və enerji itkilərinin minimuma endirilməsi məqsədilə həyata keçirilir.
Yasamal rayonunda Transformator Məntəqəsində aparılacaq işlər səbəbindən saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Həsən bəy Zərdabi, Xaqan Dadaşov, Xıdır Mustafayev və Mirəli Seyidov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nizami rayonunda rele-mühafizə və avtomatikanın yoxlanılması məqsədilə Bəhruz Nuriyev küçəsi, eləcə də Babək və Qara Qarayev prospektlərinin bəzi ərazilərində saat 09:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Binəqədidə Transformator Məntəqəsində yerinə yetiriləcək təmir-təftiş işləri zamanı 9-cu mikrorayonda yerləşən Mir Cəlal küçəsinin bir sıra yerlərində saat 09:00-dan 14:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Mənbə: az.trend.az

