Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtın bir neçə yolunda tıxac olduğunu bildirib.
Hal-hazırda sıxlıq müşahidə olunan yerlər arasında Bakı–Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqaməti qeyd edilib.
Ziya Bünyadov prospektində, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər və Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq var.
Atatürk prospektindən Ziya Bünyadov prospekti istiqamətinə, həmçinin Heydər Əliyev prospektinin köməkçi yolunda mərkəz istiqamətində sıxlıq qeydə alınıb.
28 May küçəsində Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər də hərəkət sıxlığı müşahidə olunur.
Mənbə: az.trend.az

