Çərşənbə axşamı, 27 Oktyabr 2026 16:16:49 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
27 Oktyabr 2026
SON XƏBƏRLƏR
Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 “Həzi Aslanov” stansiyası açıldı27.10.2026 09:00 Avstriya şirkətlərinin Azərbaycandakı fəaliyyətini genişləndirmək niyyətindədir – səfir26.10.2026 21:00 Azərbaycanda iki milli parkın sanitariya-mühafizə zonaları təsdiqlənib26.10.2026 18:00 Yelo Bank-ın “Parlaq sahillər” aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib! (FOTO)26.10.2026 15:00 Oğlu həbs edilən Arzuxan Əlizadə AMİP sədrliyindən gedir? – AÇIQLAMA26.10.2026 12:00 AİB Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinə 70 milyon dollar ayırmağı nəzərdən keçirir26.10.2026 09:00 Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar – 5 nəfər həbs olundu25.10.2026 21:00 Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir25.10.2026 18:00 Yollarda görünüş məsafəsi məhdudlaşacaq25.10.2026 15:00 Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə aksiyalar keçirib (FOTO)25.10.2026 12:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Prezident İlham Əliyevin regional siyasəti Azərbaycan-Niderland əlaqələrinə yeni imkanlar açır – Azər Qarayev27.10.2026 12:00 “Həzi Aslanov” stansiyası açıldı27.10.2026 09:00 Avstriya şirkətlərinin Azərbaycandakı fəaliyyətini genişləndirmək niyyətindədir – səfir26.10.2026 21:00 Azərbaycanda iki milli parkın sanitariya-mühafizə zonaları təsdiqlənib26.10.2026 18:00 Yelo Bank-ın “Parlaq sahillər” aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib! (FOTO)26.10.2026 15:00 Oğlu həbs edilən Arzuxan Əlizadə AMİP sədrliyindən gedir? – AÇIQLAMA26.10.2026 12:00 AİB Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinə 70 milyon dollar ayırmağı nəzərdən keçirir26.10.2026 09:00 Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar – 5 nəfər həbs olundu25.10.2026 21:00 Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir25.10.2026 18:00 Yollarda görünüş məsafəsi məhdudlaşacaq25.10.2026 15:00 Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə aksiyalar keçirib (FOTO)25.10.2026 12:00
Gündəm

Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)

27.10.2026 15:00 · 8 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Baş prokuror Kamran Əliyev oktyabrın 27–28-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə hüquq‑mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində Misir və Maldivin antikorrupsiya qurumlarının sədrleri ilə ayrı‑ayrılıqda görüşüb.

Baş Prokurorluğun məlumatına görə, görüşlərdə Əliyev Azərbaycanda hüquqi və institusional islahatlar, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, korrupsiyaya qarşı mübarizə mexanizmlərinin təkmilləşdirilməsi və korrupsiya risklərinin qarşısının alınması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Misir nümayəndəsi ilə görüşdə Azərbaycan–Misir münasibətlərinin tarixi dostluq və qarşılıqlı hörmətə əsaslandığı, yüksək səviyyəli siyasi dialoqun və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Prezident İlham Əliyevin 2024‑cü ilin 8 iyununda Misirə rəsmi səfəri çərçivəsində Misir Prezidenti ilə görüşə istinad edilib.

Maldiv nümayəndəsi ilə görüşdə Azərbaycan və Maldiv arasında diplomatik münasibətlərin 1994‑cü ildə qurulduğu, siyasi dialoqun və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafının əhəmiyyəti qeyd olunub. Maldiv Prezidentinin COP29 çərçivəsində Azərbaycana səfəri və tədbirdə iştirakı xatırlanıb.

Hər iki görüşdə tərəflər korrupsiya hallarının qarşısının alınması, aşkarlanması və araşdırılması, məlumat mübadiləsinin genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və beynəlxalq hüquqi əməkdaşlığın səmərəliliyinin artırılması məsələlərini müzakirə ediblər. Həmçinin antikorrupsiya sahəsində institusional əməkdaşlığın gücləndirilməsinin, qabaqcıl təcrübənin paylaşılmasının və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Mənbə: az.trend.az

↑