Mobil telefon nömrəsini və ya telefon aparatını mütəmadi gəlir məqsədilə başqa şəxslərə kirayə vermək inzibati məsuliyyətə gətirib çıxarır və cərimə tətbiq edilə bilər.
Qüvvədə olan qanunvericiliyə görə, bu qaydanı pozan fiziki şəxslər üçün cərimə məbləği 300–500 manat, vəzifəli şəxslər üçün 1 000–2 000 manat, hüquqi şəxslər üçün isə 3 000–5 000 manat təşkil edir.
Abunəçi ilə bağlanan müqavilələrdə SİM-kartların və digər identifikasiya modullarının başqa şəxslərə daimi istifadə üçün və ya mütəmadi gəlir əldə etmək məqsədilə kirayəyə verilməsinin qadağan edildiyi açıq şəkildə əks etdirilməlidir.
Qaydalara uyğun olaraq, abunəçi identifikasiya modulunun və ya mobil telefon aparatının oğurlanması və ya itirilməsi barədə dərhal müvafiq dövlət orqanına məlumat verməlidir və bu öhdəlik müqavilə sənədlərində göstərilməlidir.
Mənbə: az.trend.az

