Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Nizami rayonu, Davud Aslan küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib.
Yanğın fəaliyyət göstərməyən ət kombinatının ərazisində plastik və taxta materialların yığılmış sahəsində baş verib. Yanğın operativ tədbirlər nəticəsində genişlənmədən qısa müddətdə söndürülüb.
Məlumatda bildirilir ki, ümumilikdə 1800 kv.m sahədə yığılmış materiallardan 500 kv.m sahədə yanıb, qalan hissə yanğından mühafizə olunub.
Mənbə: az.trend.az

