Qaradağ rayonunda son aylarda beş yeni körpü inşa edilərək istifadəyə verilib.
Onlardan üçü Qobustan qəsəbəsi ərazisində, Bakı–Ələt–Qazax magistral avtomobil yolunun 55-ci kilometrində yerləşir; digər iki körpü Səngəçal–Çeyildağ və Lökbatan–Güzdək avtomobil yollarında inşa edilib.
Qobustanda istifadəyə verilən üçüncü körpünün uzunluğu 45,2 metr, hərəkət hissəsinin eni 10 metrdir.
Eyni ərazidə yerləşən dördüncü körpünün sökülərək yenidən inşasına yaxın günlərdə başlanılması nəzərdə tutulur.
Mənbə: az.trend.az

