Çərşənbə axşamı, 03 Noyabr 2026 00:42:21 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
03 Noyabr 2026
SON XƏBƏRLƏR
YAP-ın təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)02.11.2026 21:00 Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb (FOTO)02.11.2026 18:00 Əsilzadələr Məclisi fəaliyyətini bərpa edir?02.11.2026 15:00 Qaytarıla bilməyən kreditlərin aqibəti necə olacaq?02.11.2026 12:00 Bəzi ərazilərdə işıq olmayacaq02.11.2026 09:00 Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər (FOTO)01.11.2026 21:00 Media Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınayıb01.11.2026 18:00 Bakıdan Tbilisiyə ilk əlavə qatar tam doluluqla yola düşüb (FOTO)01.11.2026 15:00 Bakıda keçmiş ət kombinatının ərazisində yanğın olub (VİDEO)01.11.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 1 noyabr01.11.2026 09:00 Qızıl axtarırdı, 100 min avroluq külçə tapdı31.10.2026 21:00 Marsın qədim dövrünə aid meteorit aşkarlanıb31.10.2026 18:00 YAP-ın təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)02.11.2026 21:00 Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb (FOTO)02.11.2026 18:00 Əsilzadələr Məclisi fəaliyyətini bərpa edir?02.11.2026 15:00 Qaytarıla bilməyən kreditlərin aqibəti necə olacaq?02.11.2026 12:00 Bəzi ərazilərdə işıq olmayacaq02.11.2026 09:00 Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər (FOTO)01.11.2026 21:00 Media Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınayıb01.11.2026 18:00 Bakıdan Tbilisiyə ilk əlavə qatar tam doluluqla yola düşüb (FOTO)01.11.2026 15:00 Bakıda keçmiş ət kombinatının ərazisində yanğın olub (VİDEO)01.11.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 1 noyabr01.11.2026 09:00 Qızıl axtarırdı, 100 min avroluq külçə tapdı31.10.2026 21:00 Marsın qədim dövrünə aid meteorit aşkarlanıb31.10.2026 18:00
Gündəm

YAP-ın təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

02.11.2026 21:00 · 6 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Noyabrın 2-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının və Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad edib və dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov bildirib ki, Zəfər tarixi Azərbaycanın milli birliyinin, dövlətçilik iradəsinin və uzunmüddətli inkişaf strategiyasının nəticəsidir. O şəhidlərin xatirəsinin uca tutulduğunu, qazilərə və şəhid ailələrinə göstərilən diqqətin dövlət sosial siyasətinin prioritetlərindən olduğunu vurğulayıb.

Budaqov Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasının müasir Azərbaycanın inkişafında mühüm rol oynadığını qeyd edib və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkənin iqtisadi, hərbi və siyasi gücünün möhkəmlənməsinə töhfə verdiyini söyləyib.

Çıxışlarda işğaldan azad edilmiş torpaqların bərpası, Böyük Qayıdış prosesinin həyata keçirilməsi və bu ərazilərdə insanların həyatının yenidən qurulmasının vacibliyi qeyd edilib. Eyni zamanda, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, dövlət siyasətinin və əldə olunan uğurların ictimaiyyətə düzgün çatdırılmasının əhəmiyyəti vurğulanıb.

Tədbirdə həmçinin Zəfər tarixinin təbliği, şəhidlərin xatirəsinə ehtiramın saxlanılması və qazilərə göstərilən diqqətin davam etdirilməsinin vacibliyi bildirilmiş, Yeni Azərbaycan Partiyasının ölkənin inkişafında rolunun və qarşıda duran vəzifələrin önəmi qeyd olunub.

Mənbə: az.trend.az

↑