Çərşənbə, 25 Noyabr 2026 09:11:50 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
25 Noyabr 2026
SON XƏBƏRLƏR
Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00
Elm

“Gələcəyini Qur!” layihəsi növbəti tədbirini Göyçay Gənclər Mərkəzində həyata keçirdi

09.04.2019 19:39 · 847 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

7 aprel 2019-cu il tarixində “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsi Göyçay Gənclər Mərkəzində növbəti tədbirini həyata keçirdi.
“Rubin.az” xəbər verir ki,tədbir layihənin Ağdaş, Kürdəmir, Ucar və Yevlax rayonlarında dəstəklədiyi 50-dən çox gənci bir araya gətirdi. Tədbirdə spikerlər qismində Göyçay İnkişaf Mərkəzi İctimai Birliyinin əməkdaşı, təlimçi-ekspert və mentor Coşqun İsmayılov və “Gələcəyini Qur!” layihəsinin dörd məzunu çıxış etdilər: Həcər İsmayılova (2-ci kurs, Geologiya mühəndisliyi ixtisası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), Elimxan Əliyev (3-cü kurs, Maliyyə ixtisası, Azərbaycan Universiteti), Samir Qulamzadə (3-cü kurs, Pirotexniki vasitələrin texnologiyası ixtisası, Azərbaycan Texniki Universiteti), Əkbər Mikayılov (4-cü kurs, Biznesin idarə edilməsi ixtisası, ADA Universiteti).
Coşqun İsmayılov tədbir iştirakçılara vaxtın idarə olunması, özgüvən və digər mövzular haqqında interaktiv təlim keçdi. Hazırda müxtəlif ali məktəblərdə təhsil alan layihə məzunları tədbir iştirakçıları ilə öz təcrübələrini bölüşərək onlara imtahanqabağı praktiki məsləhətlər verdilər. Tədbir içtirakçıları üçün qrup işləri, komanda oyunları və digər interaktiv məşğələlər keçirildi.
Artıq 5-ci ildir ki, fəaliyyət göstərən “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dəstəklənir və bir sıra yerli və xarici şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi gənclərin ali təhsilə yiyələnməsinə dəstək və töhfə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır.
Layihə Bakının beş rayonunu (Binəqədi, Qaradağ, Sabunçu, Suraxanı, Xətai), Bakıdan kənarda isə beş regionu (Ağdaş, Kürdəmir, Salyan, Ucar, Yevlax) əhatə edir. Layihənin Ağdaş, Kürdəmir, Ucar və Yevlax rayonlarında fəaliyyəti BP və tərəfdaşları tərəfindən dəstəklənir.
Layihə haqqında əlavə məlumat layihənin rəsmi veb-səhifəsindən əldə oluna bilər:

www.geleceyiniqur.az

 

↑