Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Cizan bölgəsində Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatının atdığı mərminin düşməsi nəticəsində iki nəfər yaralanıb.
Hadisə sentyabrın 12-də baş verib və məlumatı Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti yayıb. Mülki Müdafiə bildirib ki, mərminin düşməsi məscidə, bir sıra binalara və nəqliyyat vasitələrinə maddi ziyan vurub.
Mülki Müdafiə Xidmətinin rəsmi nümayəndəsi baş verənləri “beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması” kimi qiymətləndirib.
Mənbə: apa.az





