Syria TV telekanalının məlumatına görə, İsrail ordusunun artilleriyası Dəməşqin qərb ətrafında yerləşən Beyt-Cən yaşayış məntəqəsini atəşə tutub.
Telekanal yazıb ki, iri kalibrli mərmilər Qolan yüksəkliklərində İsrailin nəzarətində olan mövqelərdən atılıb.
Suriya hakimiyyəti hücum nəticəsində ziyanın miqyası və mümkün insan tələfatı barədə hələlik məlumat yayıbilməyib.
Hadisənin dəqiq zamanına və zərərin ölçüsünə dair müstəqil təsdiq yoxdur; məlumatlar Syria TV-nin yaydığı xəbərə əsaslanır.
Mənbə: apa.az





