Cümə, 16 Oktyabr 2026 09:45:54 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
16 Oktyabr 2026
SON XƏBƏRLƏR
DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34 DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34
Xəbər xətti

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

18.03.2026 12:29 · 0 baxış · rubinadmin
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Nar”ın dəstəyi ilə keçirilən “Breyn Rinq” intellektual yarışının 27-ci mövsümünə start verilir. Yeni mövsümdə ölkənin müxtəlif regionlarını və ali təhsil müəssisələrini təmsil edən komandalar biliklərini sınayacaq. Belə ki, 15 region və 10 universitetdən ümumilikdə 26 komanda iştirak edəcək. Yarışın yeni mövsümünün ilk buraxılışını 22 mart saat 17:00-da İctimai Televiziyada izləyə bilərsiniz.

Yarışın qaydalarına əsasən, mövsüm ərzində komandalar “Nar” Kuboku uğrunda mübarizə aparacaqlar. Mart, aprel, may və iyun aylarının çempion komandaları isə mövsümün həlledici mərhələsinə vəsiqə qazanacaq. Böyük Final oyunu 5 iyul tarixində keçiriləcək və mövsümün qalibi məhz bu oyunda müəyyənləşəcək.

Qeyd edək ki, elm və təhsilin təşviqi “Nar”ın korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir. Mobil operator müxtəlif layihələr vasitəsilə gənclərin intellektual inkişafını dəstəkləyir və onların potensialını üzə çıxarmağa töhfə verir. “Nar”ın həyata keçirdiyi digər sosial layihələr haqqında daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək mümkündür.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

↑