Cümə, 30 Oktyabr 2026 09:25:37 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00
Xəbər xətti

Zəfərin İlk Müjdəçisi: 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü

03.10.2025 17:47 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycanın qədim diyarlarından olan Cəbrayıl zəngin tarixi, füsunkar təbiəti və mərd insanları ilə hər zaman tanınmışdır. Lakin 30 ilə yaxın davam edən mənfur düşmən işğalı bu yurda dərin yaralar vurmuş, onu viran qoymuş, xalqımızı yurd həsrətində saxlamışdı. 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə başlayan Vətən müharibəsi isə rəşadətli Ordumuzun şücaəti sayəsində tarixi ədaləti bərpa etdi. Məhz 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhəri işğaldan azad edildi və bu gün xalqımızın Zəfər salnaməsinə qızıl hərflərlə yazıldı.

Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 4 oktyabr tarixinin Cəbrayıl Şəhəri Günü kimi təsis edilməsi bu tarixi qələbəyə verilən yüksək dəyərin təcəssümüdür. Bu gün təkcə bir şəhərin qurtuluşu deyil, həm də xalqımızın sarsılmaz birliyinin, ərazi bütövlüyümüz uğrunda mübarizə əzminin və Böyük Qayıdışın parlaq rəmzidir.

Vətən müharibəsində qazanılan Zəfərin ilk müjdəçisi olan Cəbrayılın azadlığı hərbi-strateji əhəmiyyəti ilə yanaşı, həm də xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Bu qələbənin əldə olunmasında göstərilən misilsiz igidliyə görə 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilmiş və döyüş əməliyyatlarında şücaət göstərmiş 22 mindən çox hərbi qulluqçu bu medalla təltif edilmişdir. Müzəffər Ali Baş Komandanın Cəbrayıl şəhərində və işğaldan azad edilmiş qədim Xudafərin körpüsü üzərində üçrəngli Azərbaycan bayrağını ucaltması isə qələbəmizin rəmzi olaraq hər birimizin yaddaşına əbədi həkk olundu.

Bu gün işğaldan azad edilmiş Cəbrayıl dirçəliş və quruculuq məkanına çevrilmişdir. Dövlət başçısının şəxsi nəzarəti altında rayonda genişmiqyaslı bərpa işləri aparılır. Yeni yollar, elektrik xətləri, su kəmərləri çəkilir, “ağıllı kənd” layihələri icra edilir və Cəbrayıl şəhərinin müasir baş plan əsasında yenidən qurulması təmin edilir. Məqsəd, Böyük Qayıdış proqramı çərçivəsində cəbrayıllıların tez bir zamanda öz doğma yurdlarına dönərək rahat və firavan yaşamasını təmin etməkdir. Prezident İlham Əliyevin rayona mütəmadi səfərləri, təməlqoyma və açılış mərasimlərində iştirakı burada aparılan işlərin yüksək sürətinin və keyfiyyətinin təminatçısıdır.

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü təkcə cəbrayıllılar üçün deyil, bütün Azərbaycan xalqı üçün əziz və müqəddəs bir bayramdır. Bu gün biz Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildirir və dövlətimizin qüdrətinə, yenidən qurulan Qarabağın aydın gələcəyinə olan sarsılmaz inamımızı bir daha nümayiş etdiririk. Tarixi Zəfərimizin simvolu olan bu gün yaddaşlarda əbədi yaşayacaqdır.

 

 Arzu Aslanova

 Zığ bələdiyyəsinin sədri

 

↑