Cümə, 30 Oktyabr 2026 10:54:07 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00
Xəbər xətti

Azərbaycanın qlobal sülh və dayanıqlı inkişaf yolu

27.09.2025 12:08 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

25 sentyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyasında geniş çıxış etmişdir. Bu çıxış həm Azərbaycanın dünya ictimaiyyətinə verdiyi siyasi mesajların aydın ifadəsi, həm də ölkəmizin beynəlxalq müstəvidə artan  nüfuzunun təsdiqi       kimi   qiymətləndirilir. Prezident cənab  İlham Əliyevin çıxışı ilə Azərbaycan bir daha sübut etdi ki, regionun lider dövləti olmaqla yanaşı, həm də qlobal sülhvə təhlükəsizli proseslərinin            fəal     iştirakçısıdır.
Prezident cənab  İlham Əliyev çıxışının mühüm hissəsini Qarabağ məsələsinə həsr edərək bildirdi ki, Azərbaycan uzun illər boyu beynəlxalq hüququn pozulması, ərazilərinin işğal altında saxlanılması ilə üz-üzə qalmışdı. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi. Bu, həm də beynəlxalq hüququn ədalətli şəkildə bərpa olunması deməkdir. Dövlət başçısı vurğuladı ki, bu gün Qarabağda geniş quruculuq və bərpa işləri aparılır, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Azərbaycan regionda dayanıqlı sülhün təmin olunmasını qarşısına məqsəd qoymuşdur. Prezident  cənab İlham Əliyev Ermənistanla normallaşma məsələsinə də toxundu. O qeyd etdi ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasına hazırdır, lakin bu müqavilə yalnız qarşılıqlı ərazi bütövlüyü və dövlətlərin suverenliyinin tanınması əsasında mümkündür. Ermənistanın destruktiv siyasətindən əl çəkəcəyi təqdirdə regionda uzunmüddətli sülh və sabitlik təmin oluna bilər. Bu isə təkcə iki ölkə üçün deyil, bütün Cənubi Qafqaz üçün faydalı olacaqdır.  Prezident çıxışında xüsusi olaraq beynəlxalq hüququn aliliyinə diqqət çəkdi. Azərbaycanın uzun illər işğal altında qalmasına baxmayaraq, BMT-nin qəbul etdiyi qətnamələrin icra olunmaması beynəlxalq sistemdə ciddi boşluqları üzə çıxardı. Dövlət başçısı vurğuladı ki, beynəlxalq təşkilatlar selektiv mövqedən çıxış etməməli, ədaləti bütün hallarda bərpa etməlidirlər. BMT-nin səmərəli fəaliyyət göstərə bilməsi üçün islahatların aparılmasının vacibliyi qeyd olundu.Azərbaycan son illərdə enerji təhlükəsizliyi sahəsində mühüm tərəfdaşa çevrilmişdir. Prezident  cənab İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan artıq Avropanın enerji təminatında strateji rol oynayır. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi və bərpa olunan enerji mənbələrinə keçid istiqamətində atılan addımlar ölkəmizin beynəlxalq  əməkdaşlıqda mühüm  iştirakını  təsdiqləyir.
Azərbaycan yalnız neft-qaz ölkəsi deyil, həm də “yaşıl enerji” konsepsiyasının daşıyıcısı kimi çıxış edir. Bu istiqamətdə Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP29 konfransı mühüm tarixi            hadisədir.
Çıxışda iqlim dəyişiklikləri məsələsinə də geniş yer ayrıldı. Prezident vurğuladı ki, ekoloji problemlər artıq qlobal təhlükəsizliyə birbaşa təsir göstərir. Azərbaycan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirdiyi təşəbbüslərlə dünya miqyasında ekoloji şüurun artırılmasına töhfə verir. Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji zonası”nın yaradılması bu istiqamətdə atılmış praktik addımlar sırasındadır.
Prezident cənab İlham Əliyev beynəlxalq terrorizm, kütləvi miqrasiya, humanitar böhranlar və regional münaqişələrin həlli məsələlərinə də diqqət yönəltdi. O bildirdi ki, dövlətlər bu çağırışlarla mübarizədə birgə fəaliyyət göstərməlidirlər. Azərbaycan humanitar təhlükəsizlik məsələlərində də aktiv mövqedədir və bir çox beynəlxalq humanitar       layihələrə dəstək verir.

Prezident cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı   Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndiyini nümayiş etdirdi. Azərbaycan bu gün regional sabitliyin qarantı olmaqla yanaşı, həm də qlobal miqyasda sülh, enerji təhlükəsizliyi və dayanıqlı inkişafın fəal təşəbbüskarlarından biri kimi çıxış edir. Bu çıxış həm dünya ictimaiyyəti üçün mühüm mesaj, həm də Azərbaycanın artan nüfuzunun bariz göstəricisi oldu.

Nailə  Sadıqova

Suraxanı  rayonu ,  275 nömrəli  tam  orta məktəbin  təlim-tərbiyə işləri üzrə direktor müavini

 

↑