Cümə, 30 Oktyabr 2026 11:28:30 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00
Xəbər xətti

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

17.09.2025 12:24 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycanın tarixi və mədəni irsində Qarabağ bölgəsinin xüsusi yeri vardır. Qarabağ yalnız zəngin təbiəti və mədəniyyəti ilə deyil, həm də tarixində baş verən hadisələrlə yadda qalmışdır. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri bu bölgənin inkişafında mühüm rol oynayır. Bu şəhərlərin azad edilməsi, xalqımız üçün böyük qürur mənbəyidir və bu hadisələrin xatirəsinə “Qarabağ şəhərləri            günü” qeyd                olunur.
Xankəndi Qarabağın mərkəzi şəhərlərindən biridir. Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati mərkəzi olmuşdur. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra şəhər tam olaraq Azərbaycanın nəzarətinə keçmişdir. Hazırda Xankəndidə genişmiqyaslı quruculuq işləri aparılır, şəhər  yenidən Qarabağın iqtisadi və mədəni mərkəzinə çevrilir.
Xocalı Qarabağın ən qədim yaşayış məskənlərindən biri kimi tanınır. Burada tarix boyu mühüm mədəniyyət nümunələri yaranmışdır. Lakin 1992-ci ilin 25-dən 26-na keçən gecə Xocalı soyqırımı baş verərək yüzlərlə dinc sakin amansızlıqla qətlə yetirildi. Bu hadisə xalqımızın yaddaşında əbədi olaraq qalacaqdır. Xocalının azad edilməsi həm şəhidlərin ruhuna ehtiram, həm də ədalətin bərpası deməkdir.
Xocavənd Qarabağın gözəl təbiəti ilə seçilən rayonudur. Tarixən burada kənd təsərrüfatı inkişaf etmiş, xüsusilə üzümçülük və taxılçılıq geniş yayılmışdır. 2020-ci il Vətən müharibəsində Xocavənd rayonunun böyük hissəsi azad edildi. Bu hadisə  Azərbaycan       tarixində       mühüm bir mərhəllə oldu.         .
Ağdərə Qarabağın şimalında yerləşir və strateji mövqeyə malikdir. Tarixən Qarabağ xanlığının mühüm mərkəzlərindən biri olmuşdur. Müharibələr zamanı dəfələrlə əldən-ələ keçən bu şəhər, 2023-cü ildə keçirilən antiterror tədbirləri nəticəsində tam olaraq Azərbaycanın suverenliyi altına qayıtdı.
“Qarabağ şəhərləri günü” bu tarixi şəhərlərin azadlığını və xalqımızın birliyini simvolizə edir. Bu gün hər bir azərbaycanlı üçün qürur və şərəf günüdür, həm də gələcək nəsillərə azad Qarabağın dəyərini anlatmaq üçün mühüm bir tarixdir.

 

Məryəm Süleymanova

Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin  Azərbaycan dili və ədəbiyyat müəllimi

 

↑