Cümə, 30 Oktyabr 2026 11:28:06 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00
Xəbər xətti

Suveren dövlət

16.09.2025 16:00 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bu gün biz müasir tariximizin mühüm səhifələrindən birini – 20 Sentyabr – Dövlət Suverenliyi Gününü böyük qürurla qeyd edirik. Bu gün xalqımızın müstəqillik yolundakı iradəsini, milli dövlətçilik idealına sadiqliyini və gələcəyinə sahib çıxmaq əzmini özündə ehtiva edən əlamətdar gündür.

1990-cı il sentyabrın 20-də Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul edilmiş “Azərbaycan SSR-in Dövlət Suverenliyi haqqında Bəyannamə” xalqımızın müstəqillik yolunda atdığı ilk böyük addım oldu. Bəyannamədə dövlətimizin siyasi, iqtisadi və hüquqi müstəqilliyə doğru iradəsi açıq şəkildə bəyan edildi. Bu sənəd, 1991-ci il 18 oktyabrda qəbul olunmuş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” üçün möhkəm əsas yaratdı.

Əgər 20 Sentyabr 1990-cı ildə qəbul olunmuş Bəyannamə müstəqilliyimizin hüquqi təməli idisə, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19–20 sentyabr tarixlərində keçirilən lokal antiterror tədbirləri bu müstəqilliyin, dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası oldu.

Bu tarixi qələbələrin qazanılmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsi, dəmir yumruq birliyi və uzaqgörən siyasəti həlledici rol oynadı. Məhz onun rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, dövlətimizin suverenliyi bərpa olundu.

Bu gün biz fəxrlə deyirik ki, Azərbaycan yalnız müstəqil deyil, həm də qalib və suveren dövlətdir. Qarabağda, Şuşada, Xankəndidə, Laçında dalğalanan üçrəngli bayrağımız xalqımızın əzmini, qələbəsini və müstəqilliyimizin əbədiliyini simvolizə edir

Dövlət suverenliyi xalqımızın azadlıq iradəsinin, milli kimliyimizin və gələcək nəsillərə olan müqəddəs borcumuzun təcəssümüdür. Biz bu gün qazandığımız nailiyyətləri daim qorumağa, möhkəmləndirməyə və daha güclü Azərbaycan naminə birliyimizi əbədi yaşatmağımıza.Bu günkü güclü və qalib Azərbaycan onların fədakarlığının, xalqımızın birliyinin və Prezident  cənab İlham Əliyevin müdrik siyasətinin bəhrəsidir.

Yaşasın müstəqil, qalib və suveren Azərbaycan!

Eşq olsun xalqımıza və dövlətimizə!

 

Huseynqulu Quliyev

Suraxanı RİHB-nin Yeni Suraxanı inzibati ərazi dairəsi üzrə nümayəndəsi

 

↑