Cümə, 30 Oktyabr 2026 11:29:01 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00
Xəbər xətti

Antiterror əməliyyatı zamanı hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər

16.09.2025 14:42 · 2 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə tarixi müxtəlif mərhələlərdən keçmişdir. 2020-ci ildə əldə edilən Qələbə və üçtərəfli Bəyanatdan sonra bölgədə sülhün bərqərar olunacağı gözlənilsə də, Ermənistan silahlı qüvvələrinin qalıqları və separatçı ünsürlər  Qarabağ ərazisində fəaliyyətlərini davam etdirirdilər. Bu isə Azərbaycan dövlətinin haqlı narahatlığına və yeni təhlükəsizlik tədbirlərinin görülməsinə səbəb oldu. Nəticə etibarilə, 2023-cü ilin 19–20 sentyabr tarixlərində lokal xarakterli antiterror əməliyyatı həyata keçirildi.

Üçtərəfli Bəyanata baxmayaraq, Ermənistan ordusunun birləşmələri Azərbaycan ərazisindən çıxarılmamış, əksinə, yeni hərbi texnika və canlı qüvvə ilə mövqelərini gücləndirmişdir. Separatçı rejim “prezident” və “parlament” seçkiləri təşkil edərək dövlətimizin əleyhinə bəyanatlar verir, Azərbaycan ərazisində qanunsuz minalar basdırılır, mütəmadi hərbi təxribatlar törədilirdi. Bununla yanaşı Şuşa-Laçın yolunda vətəndaş cəmiyyəti nümayəndələrinin etirazlarına səbəb olan ekoloji qanunsuzluqlar müşahidə edilirdi, 2023-cü ilin sentyabrında baş verən mina partlayışları nəticəsində hərbçilərimiz və mülki şəxslər şəhid olmuşdu.

Bütün bu faktlar göstərirdi ki, bölgədə separatizmin mövcudluğu təhlükənin qalması deməkdir.

Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-da lokal antiterror əməliyyatına başladı. Əməliyyatın əsas məqsədləri Ermənistan silahlı qüvvələrinin və qeyri-qanuni dəstələrin tərksilah edilməsi, təxribatların qarşısının alınması və ölkə konstitusiya quruluşunun bərpası idi.

Əməliyyat cəmi 23 saat 43 dəqiqə davam etdi. Yüksək dəqiqlikli silahlarla düşmənin hərbi obyektləri sıradan çıxarıldı, Qısa müddət ərzində 406 kvadratkilometr ərazi tam nəzarət altına alındı, Ermənilərə məxsus yüzlərlə texnika və minlərlə silah-sursat ələ keçirildi, Ən önəmlisi isə əməliyyat zamanı mülki əhalinin qorunması üçün xüsusi tədbirlər görüldü. Azərbaycan tərəfi həm SMS, həm də səsgücləndiricilər vasitəsilə əhalini xəbərdar edərək onları təhlükədən uzaq tutdu,

Əməliyyat nəticəsində Ermənistan ordusunun qalıqları Azərbaycan ərazisini tərk etdi, separatçı rejim ləğv edildi, rəhbərləri həbs olundu, Qarabağın erməni sakinlərinə reinteqrasiya imkanları yaradıldı, 2023-cü il sentyabrın 28-də qondarma rejimin rəsmən buraxılması ilə bölgədə separatizmə son qoyuldu.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 15 oktyabr 2023-cü ildə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli bayrağımızı ucaldaraq dövlət suverenliyimizin tam bərpa olunduğunu bütün dünyaya bəyan etdi.

2023-cü ilin 19–20 sentyabr antiterror əməliyyatı  Azərbaycanın müasir tarixində strateji əhəmiyyət daşıyan bir dönüş nöqtəsi oldu. Bu əməliyyat yalnız hərbi qələbə deyil, həm də  Azərbaycanın beynəlxalq hüquqa uyğun şəkildə öz suverenliyini təmin etməsi nümunəsi idi. Əldə olunan nəticələr göstərdi ki, Azərbaycan dövləti həm güclü ordusu, həm də qətiyyətli siyasi iradəsi ilə bölgədə sülhün və təhlükəsizliyin yeganə təminatçısıdır.

 

Yusif İbrahimov

Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi  dairəsi üzrə nümayəndəsi                                                    

↑