Cümə, 30 Oktyabr 2026 12:11:44 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00
Xəbər xətti

Avqustun 8-də Vaşinqtonda baş verən hadisələr qarşıdurmanın və gərginliyin sonu deməkdir

29.08.2025 09:25 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Prezident cənab İlham Əliyev növbəti müsahibəsini  Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verib. Dünya miqyasında tanınan telekanalda yayımlanan müsahibədə bir sıra önəmli məqamlara toxunulub. Müsahibədə avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə baş tutan Ermənistan və Azərbaycan arasında imzalanmış tarixi razılaşmaya böyük yer ayrılıb. Müsahibədə əsas məqamlardan biri Vaşinqtonda imzalanan sənədin əhəmiyyəti haqqında olmuşdur.

44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar fonunda Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdi. Lakin bu qələbənin beynəlxalq hüquq səviyyəsində təsdiqlənməsi və kağız üzərində rəsmi tanınması mühüm əhəmiyyət daşıyırdı. Vaşinqtonda imzalanan sənəd bu ehtiyacı qarşılayaraq Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən rəsmən tanınmasına yol açdı. Bu, Azərbaycan diplomatiyasının və siyasi iradəsinin növbəti uğuru kimi qiymətləndirilir.

2025-ci ildə Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik üçün mühüm hüquqi və siyasi əsas yaradır. Bu sənədin ən vacib əhəmiyyəti ondan ibarətdir ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanımaqla, münaqişənin dinc yolla və beynəlxalq hüququn prinsiplərinə uyğun həllinə razılaşırlar. Bu, həm regionda əməkdaşlığın inkişafı, həm də gələcək qarşılıqlı təmasların konstruktiv əsasda davam etdirilməsi üçün mühüm addımdır. Sənədin beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanması onun dayanıqlılığını artırır və gələcəkdə ortaya çıxa biləcək risklərin qarşısını almağa yardım edir. Bu razılaşma həm də Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi siyasi və hərbi qələbənin diplomatik təsdiqidir.

Eyni zamanda sənəd, iki ölkə arasında normallaşma prosesini sürətləndirə, sərhədlərin müəyyən olunmasına və regionda kommunikasiyaların açılmasına zəmin yarada bilər. Bu, təkcə Azərbaycan-Ermənistan münasibətləri üçün deyil, bütövlükdə Cənubi Qafqazın iqtisadi inkişafı və təhlükəsizliyi baxımından da böyük əhəmiyyət daşıyır. Beləliklə, Vaşinqtonda imzalanan bu sənəd, postmünaqişə dövründə sülhə doğru irəliləyişin mühüm hüquqi-siyasi mərhələsi kimi qiymətləndirilə bilər.

Bütün bu amilləri nəzərə alaraq demək olar ki, Vaşinqtonda imzalanan sənəd təkcə iki dövlət arasında münasibətlərin normallaşmasına deyil, Cənubi Qafqazda uzunmüddətli sülhün və təhlükəsizliyin əsasını qoymaq baxımından da mühüm addımdır.

Bu sənəd həm də sübut edir ki, hərbi yolla əldə olunan qələbə diplomatik masada da təsdiqlənməli, beynəlxalq hüquqla möhkəmləndirilməlidir. Azərbaycanın son illərdə apardığı siyasət məhz bu prinsipə əsaslanır və Vaşinqton sənədi həmin yolun uğurla davam etdiyinin göstəricisidir.

Telekanala müsahibəsində dövlətimizin başçısı vurğulayıb ki, “əgər Ermənistanın hər hansı gələcək hökuməti hakimiyyətə gəldiyi vaxtdan asılı olmayaraq, Vaşinqtonda imzalanan sənədi şübhə altına qoyarsa, Ermənistan ciddi çətinliklərlə üzləşəcək. Çünki regiondakı güc balansı hər baxımdan tamamilə bizim xeyrimizədir. Düşünürəm ki, bu, hər kəsə aydındır. Əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik”.

Dövlət başçısı cənab  İlham Əliyevin sözügedən müsahibəsində söylədiyi hər bir fikir bu günümüz və gələcəyimiz üçün mühüm çağırış olacaqdır.

 

Sevinc Hüseynova

Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin direktoru

↑