Cümə, 30 Oktyabr 2026 12:10:29 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00
Xəbər xətti

Özbəkistanın inşa etdiyi tikiş fabriki Xankəndində fəaliyyət göstərir

27.08.2025 09:17 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Türk Dövlətlər Birliyinin üç lider dövləti  Azərbaycan-Özbəkistan-Türkmənistan arasında dosluq-qardaçlıq əlaqələri Ulu Öndər Heydər Əliyevlə Özbəkistan prezidenti İslam Kərimov, həmçinin Türkmənistan prezidenti Saparmurad Niyazov arasında olan sıx dostluq münasibətlərinin uğurlu davamı kimi diqqəti cəlb edir.

Ümummilli  Liderimizin ideya-siyasi irsinin ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri  Qurbanqulu Berdiməhəmmədovla onun prezidentliyi dövründən başlanan dostluq əlaqələrinin indi də daha yüksək səviyyədə davam etdirilməsi, ilkin olaraq, Qarabağın inkişafına  sərmayə yatıran Özbəkistan Prezidenti   Şafkat Mirziyoyevlə səmimi dostluq münasibəti uğurlu başlanğıcın daha uğurlu məntiqi davamıdır.

Öz maraqlı çıxışına Qurbanqulu Berdiməhəmmədova dəvətə və qonaqpərvərliyə görə minnətdarlıqla başlayan, möhtərəm Prezidentimiz Türkmənistandakı müsbət dəyiişikliklər fonunda fərəhlə bildirdi ki, Avaza şəhərinə ikinci səfərim zamanı buradakı inkişaf əyani şəkildə onu göstərir ki, ölkə etibarlı əllərdədir. Türkmənistan liderinin  müdrik rəhbərliyi sayəsində, Avaza ilə yanaşı,  digər şəhər və kəndlərın inkişafını, abadlıq, infrastrukur dəyişikliyi timsalında yeni şəhərlərin salınmasını müsbət dəyərləndirərək, yeni imzalanan sənədlər arasında Arxadağla Füzuli şəhərlərinin qardaşlaşma sənədinin də olması timsalında,Türkmən və Azərbaycan xalqlarının əsrlər boyu bir ailə kimi yaşamasını bu gün iki müstəqil dövlətin bu ənənələri sədaqətlə davam etdirərək yeni üfüqlərə doğru birgə addımlamasını qürurla vurğuladı.

Türkmənistanla Azərbaycanın mövqe yaxınlığına toxunan Prezidentimiz qeyd etdi ki, mənim dəvətimlə Qurbanqulu Məlikquliyeviç iyul ayında Azərbaycanda səfərdə olarkən biz iki gün ərzində Bakıda,  Qarabağda  bərabər olmuşuq və bir çox məsələləri müzakirə etmişik. Mövqelərimiz də üst-üstə düşür. Ölkəmizin rəhbəri əminliklə bildirdi ki, bundan sonra da bütün məsələlər dostluq, qardaşlıq şəraitində həll olunacaq və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanları daha da genişləndiriləcək. Elə Türkmənistanın bizə qardaş hədiyyəsi kimi, Füzuli şəhərində tezliklə tikiləcək məscidi də Prezidentimiz Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan böyük dəstəyinin nümunəsi, qardaşlığımızın bariz nümunəsi adlandırdı.

Çıxışını Özbəkistanla olan qardaşlıq münasibəti zəminində davam etdirən Prezidentimiz qeyd etdi ki, bu yaxınlarda EKO Zirvə görüşü zamanı Xankəndidə olarkən qardaşım Şafkat Miromonoviçin təşəbbüsü ilə burada yaradılmış böyük tikiş fabriki ilə tanış olduq.

Hazırda burada 200-dən çox işçinin, əksəriyyətinin də qadin olduğunu, gələcəkdə işçi sayının artırılacağını vurğulayan Prezidentimiz, Füzuli şəhərində Mirzə Uluqbəyin adını daşıyan böyük məktəbdən sonra, bunu ikinci mühüm hədiyyə adlandıraraq, bütün bunlara görə, qardaş Özbək xalqına, xüsusən də Prezident Şafkat Mirziyoyevə minnətdarlığını bildirdi.

Özbəkistanla sözdə deyil, əməldə dost-qardaş olduğumuzu, ən çətin məqamlarda onların bizimlə birgə olduqlarını bir daha diqqətə çatdıran Prezident cənab  İlham Əliyev tarixi Zirvə görüşünə görə, yenə də Türkmənistan liderinə təşəkkürünü bildirdi.

Bu zirvə görüşünün tarixi əhəmiyyətindən danışan Azərbaycan Prezidenti  cənab  İlham Əliyevin maraqlı çııxışının sonunda üçtərəfli əməkdaşığın yaradıılmasının vacibliyini, faktlarla, detallarla bunun necə səmərəli olmasını vurğulaması, qalib ölkənin qalib rəhbərinin hər yerdə söz sahibi olmasının parlaq təzahürüdür!

Biz də möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş komandan İlham Əliyev cənabları ilə fəxr edir, qürur duyuruq!

 

Rəşad Mürşüdov

Suraxanı RİH-nin Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

↑