Cümə, 30 Oktyabr 2026 13:44:57 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00
Xəbər xətti

Cənab Trampla ilk görüşümüz çox xoş və nəticəyönümlü keçdi

11.08.2025 21:24 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Prezident cənab İlham Əliyevin Ağ Evdəki tarixi səfəri Azərbaycan diplomatiyası və beynəlxalq münasibətlər tarixində mühüm hadisə kimi yadda qalacaq.  Ağ Evə daxil olan anlardan etibarən rəsmi qarşılanma mərasimi, əl sıxmalar, təbəssümlər və siyasi mesajlarla zəngin atmosfer diqqət çəkirdi. ABŞ Prezidenti Donald Trump tərəfindən göstərilən xüsusi münasibət,  iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Prezident cənab  İlham Əliyev bu görüşü “ABŞ–Azərbaycan münasibətlərində yeni səhifə” kimi dəyərləndirdi və bunu tarixi hadisə adlandırdı.

Görüş zamanı regionun gələcəyinə təsir edəcək mühüm sənədlər imzalandı.  Azərbaycan və Ermənistan liderləri,  ABŞ Prezidentinin vasitəçiliyi ilə sülh bəyannaməsinə imza ataraq uzun illər davam edən qarşıdurmaya son qoymaq istiqamətində mühüm addım atdılar. Sənəddə düşmənçiliyə son qoymaq, sərhədlərin müəyyən edilməsi, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası və qarşılıqlı etimad mühitinin yaradılması kimi maddələr yer aldı.

Səfərin ən diqqətçəkən məqamlarından biri “Trump Route for International Peace and Prosperity” adlı yeni tranzit koridorunun elan edilməsi oldu.  Bu yol Azərbaycanı Naxçıvanla birləşdirəcək və regionun geoiqtisadi inkişafına təkan verəcək.  ABŞ şirkətlərinin də bu layihədə iştirak edəcəyi bildirildi ki, bu da həm iqtisadi, həm də siyasi əməkdaşlığın dərinləşməsinə xidmət edəcək.

Bundan əlavə Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlıq memorandumu imzalandı.  Bu sənəd enerji, ticarət, süni intellekt, təhlükəsizlik və müdafiə sahələrində əlaqələrin genişləndirilməsini nəzərdə tutur.  İmzalanan memorandum iki ölkənin gələcəkdə “Strateji İşçi Qrup” vasitəsilə daha böyük əməkdaşlıq çərçivəsinə keçidini təmin edəcək.

ABŞ Prezidenti Donald Trump tərəfindən  Prezident cənab  İlham Əliyevə Ağ Evin simvolik “açarı”nın təqdim olunması isə dostluğun, qarşılıqlı etimadın və təhlükəsiz gələcəyin rəmzi kimi yadda qaldı.  Bu jest sadəcə protokol hərəkəti deyil, həm də siyasi münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisi idi.

Prezident cənab  İlham Əliyev səfərin yekunlarını yüksək qiymətləndirərək  bildirdi ki, bu görüş yalnız iki ölkə arasındakı münasibətlərə deyil, bütövlükdə regionun  gələcəyinə yeni istiqamət verir. Ağ Evdə atılan bu addımlar Cənubi Qafqazda sülhün, inkişafın və sabitliyin möhkəmlənməsinə xidmət edəcək.

 

Pakizə  Maqsudova

Suraxanı  rayonu, 327 nömrəli  tam orta  məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

↑