Cümə, 30 Oktyabr 2026 13:44:57 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00
Xəbər xətti

Prezident Trampla görüşümüz çox səmimi şəkildə və dostluq şəraitində keçdi

11.08.2025 21:21 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

8 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev Vaşinqton şəhərində, Ağ Evdə ABŞ Prezidenti Donald Trump və Ermənistan Baş Naziri Nikol Paşinyanla birgə tarixi əhəmiyyət kəsb edən görüşdə iştirak etmişdir. Görüş çərçivəsində uzun illər davam edən Ermənistan–Azərbaycan münaqişəsinin yekun həllini nəzərdə tutan və “TRIPP — Trump Route for International Peace and Prosperity” adlanan saziş imzalandı. Bu sənəd regionda dayanıqlı sülhün təmin olunması, geosiyasi sabitliyin möhkəmləndirilməsi və tərəflər arasında etimad mühitinin bərpası baxımından mühüm əhəmiyyətə malikdir. Sazişin əsas müddəalarından biri ABŞ-a Zəngəzur dəhlizinin inkişafı üçün xüsusi hüquqların verilməsidir ki, bu da Bakı ilə Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsinin yaradılmasına, eyni zamanda regionun ticarət və tranzit potensialının əhəmiyyətli dərəcədə genişlənməsinə şərait yaradacaqdır. ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş bu razılaşma – Cənubi Qafqazın geosiyasi mənzərəsində yeni reallıqlar formalaşdıraraq Qərbin təsir imkanlarını artırmış, Rusiya və İran kimi regional amillərin mövqelərini nisbi şəkildə zəiflətmişdir. Tərəflər – Cənab Prezidentimiz cənab  İlham Əliyev və ermənistanın baş naziri Nikol Paşinyan – vasitəçilik missiyasına görə Donald Trump-a təşəkkürlərini bildirərək, onun Nobel Sülh Mükafatına namizədliyini dəstəklədiklərini bəyan etdilər. Tədbirdən dərhal sonar Prezident cənab İlham Əliyev Vaşinqtonda Azərbaycan media nümayəndələrinə ətraflı müsahibə vermişdir. Dövlət başçısı çıxışında ABŞ-la imzalanmış “Strateji Tərəfdaşlıq Sazişi”nin qarşılıqlı münasibətlərdə yeni mərhələnin əsasını qoyduğunu vurğulamış, bu sənədin ikitərəfli əməkdaşlığın gələcək istiqamətlərini aydın şəkildə müəyyənləşdirdiyini qeyd etmişdir. Prezident, həmçinin ABŞ Konqresinin vaxtilə qəbul etdiyi və Azərbaycana qarşı ədalətsiz məhdudiyyətlər nəzərdə tutan “Section 907” qərarının ləğvini siyasi və diplomatik baxımdan əlamətdar hadisə kimi qiymətləndirmişdir. Prezident cənab  İlham Əliyev bildirib ki, əldə olunmuş sülh razılaşması yalnız Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün deyil, həm də bütövlükdə regionda təhlükəsizlik, iqtisadi inkişaf və sabitlik mühitinin formalaşması üçün etibarlı hüquqi-siyasi baza yaradır.

Bu hadisə Azərbaycan Respublikasının xarici siyasət strategiyasında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Ağ Evdə səsləndirilən bəyanat və ardınca verilən müsahibə ölkəmizin beynəlxalq arenada artan nüfuzunun, diplomatik çevikliyinin və regional liderlik mövqeyinin bariz nümunəsidir. İmzalanmış sazişin icrası, həmçinin strateji tərəfdaşlıq çərçivəsində həyata keçiriləcək layihələr, Cənubi Qafqazın geosiyasi və iqtisadi strukturunun yenidən formalaşmasına mühüm töhfələr verəcəkdir.

Sülh razılaşmasının imzalanması Azərbaycanın 2020-ci ildə qazandığı hərbi üstünlüyün siyasi nəticələrini beynəlxalq hüquq müstəvisində rəsmiləşdirmə prosesinin məntiqi davamı kimi dəyərləndirilə bilər. Tarixi proseslər göstərir ki, hərbi zəfər yalnız diplomatik masada təsdiqlənəndə uzunmüddətli sabitlik əldə olunur. Məhz bu baxımdan. Ağ Evdə baş verən görüş Azərbaycan diplomatiyasının müstəqillik dövründə ən yüksək beynəlxalq platformalarda aparıcı mövqedən çıxış etməsinin sübutudur.

Strateji Tərəfdaşlıq Sazişi istiqamətində yaradılan İşçi Qrup isə Azərbaycanın gələcək onilliklərdə Qərb dünyası ilə inteqrasiyasının siyasi, iqtisadi və təhlükəsizlik sahələrində daha da dərinləşməsinə xidmət edəcəkdir. Elmi nöqteyi-nəzərindən bu hadisələr ölkənin müstəqillik tarixində ikinci böyük mərhələ – “post-qələbə inkişaf dövrü”nün başlanğıcı kimi qiymətləndirilə bilər.

Azərbaycanın diplomatik qalibiyyəti təkcə regional balansı dəyişmədi, həm də Cənubi Qafqazı yeni geosiyasi xəritədə strateji enerji, nəqliyyat və təhlükəsizlik qovşağına çevirdi. Bu baxımdan, 8 avqust 2025-ci il hadisələri gələcək nəsillərin tarix dərsliklərində Azərbaycanın siyasi iradəsinin, milli maraqlarını qətiyyətlə müdafiə etməsinin və beynəlxalq nüfuzunun artmasının simvolu kimi yer alacaq.

 

Məcid Rəsulov                                                                             

Suraxanı rayonu, 140 nömrəli  tam orta məktəbin direktoru                                             

 

↑