Cümə, 30 Oktyabr 2026 14:23:12 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00
Xəbər xətti

Dövlət dili statusu

01.08.2025 21:35 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

       Avqustun 1-i Azərbaycan əlifbası günü kimi qeyd olunur. Bu əlamətdar gün, təkcə simvolik xarakter daşımır, həm də xalqımızın milli varlığının, kimliyinin və suverenliyinin əsas sütunlarından biri olan dilimizə verilən yüksək dəyərin bariz göstəricisidir.  Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, həm də mədəniyyətimizin, ədəbiyyatımızın, tariximizin və milli şüurumuzun daşıyıcısıdır.

SSRİ dövründə milli dillərin sıxışdırılması prosesi azərbaycanlıların da dilini ciddi təhlükə altına salmışdı. Xüsusilə 1970-ci illərdə bu siyasət daha da güclənmiş və ana dilinin təbliği ilə məşğul olmaq cəsarət tələb edən bir hərəkətə çevrilmişdi. Belə bir şəraitdə ana dilinə sahib çıxmaq yalnız milli şüurla deyil, həm də güclü siyasi iradə ilə mümkün idi. Məhz bu kontekstdə Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi vurğulanmalıdır.

Ulu Öndər Heydər Əliyev ana dili uğrunda ardıcıl və qətiyyətli mübarizəsi ilə seçilmişdir. O, Azərbaycan SSR Konstitusiyasının qəbul olunması zamanı dil məsələsinə xüsusi diqqət yetirərək, 1978-ci ildə dövlət dilinin Azərbaycan dili kimi təsbit olunmasına nail olmuşdur. Bu, milli kimliyin qorunması istiqamətində atılmış əvəzsiz addım idi. Daha sonra 1995-ci ildə qəbul olunmuş  Azərbaycan Respublikasının Konstitusiyasında da dövlət dilinin Azərbaycan dili olduğu rəsmi şəkildə qeyd olundu.  Beləliklə, dilimizin hüquqi statusu müstəqil Azərbaycanın əsas qanunvericilik aktlarında təsbit edildi.

Müstəqillik illərində Azərbaycan dilinin inkişafı və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanaraq,  Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Elə həmin il “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman  imzalanmış və 1 avqust rəsmi olaraq bu dəyərli gün kimi təqvimə daxil edilmişdir.

Azərbaycan dilinin qorunması və inkişafı işində Prezident cənab  İlham Əliyevin də siyasəti mütəşəkkil şəkildə davam etdirilir. 2004-cü ildən başlayaraq latın qrafikası ilə əsərlərin çapı, Milli Ensiklopediyanın nəşri, dünya ədəbiyyatının klassik nümunələrinin Azərbaycan dilinə tərcüməsi və nəşri bu siyasətin mühüm tərkib hissələridir. 2013-cü ildə təsdiqlənmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə dair Dövlət Proqramı” isə bu istiqamətdə strateji yol xəritəsi kimi çıxış edir.

Azərbaycan dili bu gün təkcə ölkə daxilində deyil, həm də dünyanın müxtəlif guşələrində yaşayan 50 milyondan çox azərbaycanlının milli varlığını birləşdirən mədəni körpüdür. Prezident cənab  İlham Əliyevin vurğuladığı kimi, bu dil o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac duymadan fikir və düşüncələrimizi ifadə etməyə qadirdir. Eyni zamanda, dilimizin saflığının qorunması, onun müasir dövrün çağırışlarına uyğunlaşdırılması və elektron məkanda geniş yayılması da dövlət siyasətinin prioritet sahələrindəndir.

Nəticə etibarilə, Azərbaycan əlifbası və dili günü – bu, yalnız bir təqvim hadisəsi deyil, milli yaddaşımızın, şüurumuzun və gələcəyimizin ifadəsidir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” Bu düşüncə ilə hər bir vətəndaş öz dilinə sahib çıxmalı, onu sevib qorumalıdır. Çünki ana dilimizi qorumaq – milli varlığımızı qorumaq deməkdir.

 

Səadət  Məmmədova 

Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin direktoru  

↑