Cümə, 30 Oktyabr 2026 14:22:40 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00
Xəbər xətti

Azərbaycan dilinin inkişafında mühüm rol oynamış vacib qanunverici təşəbbüs

01.08.2025 21:28 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan dili xalqımızın milli-mənəvi kimliyinin daşıyıcısı, onun tarixini, mədəniyyətini və ictimai düşüncəsini ifadə edən ən mühüm faktordur. Bu mənada hər il avqustun 1-də qeyd edilən Azərbaycan əlifbası və Azərbaycan dili günü milli özünüdərkin,     dil suverenliyinin və mənəvi dəyərlərin təntənəsi kimi qiymətləndirilməlidir. Bu əlamətdar günün təsis olunması, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin ana dilinin inkişafına və qorunmasına göstərdiyi xüsusi diqqətin bariz təzahürüdür.

Sovet hakimiyyəti dövründə milli dillərin sıxışdırılması siyasətinə baxmayaraq, Ulu Öndər Heydər Əliyev Azərbaycanın ictimai-siyasi həyatında ana dilinin statusunun qorunması və yüksəldilməsi üçün ardıcıl və prinsipial mövqe nümayiş etdirmişdir. 1978-ci il aprelin 2-də Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması ilə bağlı müddəanın daxil edilməsi  Ulu Öndər  Heydər Əliyevin siyasi uzaqgörənliyinin və milli maraqlara sadiqliyinin göstəricisi idi. Bu, yalnız hüquqi sənədin redaktəsi deyil, həm də xalqın ana dilinə olan münasibətinin dövlət səviyyəsində təsdiqi idi.

Azərbaycan dilinin dövlət dili statusunun hüquqi əsaslarının möhkəmləndirilməsi prosesi müstəqillik illərində daha da sürətləndi. 1995-ci ildə qəbul edilən Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması təsbit edildi. Bu müddəa sonrakı mərhələlərdə qəbul edilən qanun və fərmanlarla daha da konkretləşdirildi. Xüsusilə, 2001-ci il 18 iyun tarixində imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman bu sahədə mühüm hüquqi və institusional baza yaratdı. Həmin fərmana əsasən, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası təsis olundu və dil siyasətinin sistemli şəkildə həyata keçirilməsinə başlanıldı.

Ana dilimizin qorunması istiqamətində atılan mühüm addımlardan biri də 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun oldu. Bu qanun yalnız hüquqi akt deyil, həm də milli dövlətçiliyin dil üzərində qurulmasının vəzifə və prinsiplərini müəyyən edən strateji sənəddir. Qanunda Azərbaycan dili dövlət dilinin hüquqi statusu kimi müəyyən edilir, onun tətbiqi və inkişafı dövlətin prioritet vəzifələrindən biri kimi təqdim olunur.

Ümummilli Lider Heydər Əliyevin dil siyasəti bu gün Prezident cənab  İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Onun rəhbərliyi ilə imzalanmış bir sıra mühüm sənədlər – “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” (2004), “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” (2004), “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə dair Dövlət Proqramı” (2013), “Azərbaycan dilinin saflığının qorunması ilə bağlı tədbirlər haqqında” (2018) və digər sənədlər Azərbaycan dilinin müasir dövrdə rəqabətqabiliyyətli və funksional dil kimi inkişafına xidmət edir. Bütün bu tədbirlər nəticəsində Azərbaycan dili yalnız ölkə daxilində deyil, eyni zamanda dünya azərbaycanlılarının milli-mədəni kimliyini yaşadan və birləşdirən əsas vasitəyə çevrilmişdir.

Azərbaycan dilinin bu gün əldə etdiyi yüksək status heç də təsadüfi deyil. Bu, onilliklər boyu aparılmış ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək: “Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili… dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.”

 

Ləman Hacıyeva

Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin direktoru

↑