Cümə, 30 Oktyabr 2026 14:22:15 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00
Xəbər xətti

Özbəkistanlı qardaşlarımızın dəstəyi bizim üçün həmişə çox dəyərli olub

23.07.2025 09:12 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

 

III Şuşa Qlobal Media Forumu, Azərbaycanın ən mühüm beynəlxalq platformalarından biri kimi, həm regionun, həm də qlobal medianın diqqət mərkəzində olan mühüm hadisələrdən biridir. Prezident cənab  İlham Əliyevin bu Forumda səsləndirdiyi fikirlər yalnız ölkənin informasiya siyasətini deyil, həm də qlobal gündəmi əhatə edən vacib məsələləri özündə ehtiva edir. Forumun Şuşada keçirilməsi Azərbaycanın tarixi qələbəsindən sonra Qarabağın bərpasında əldə etdiyi nailiyyətləri dünyaya nümayiş etdirmək baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Prezident cənab İlham Əliyev çıxışında medianın rolunu xüsusi vurğulayaraq, qlobal informasiya məkanında düzgün və obyektiv məlumatların yayılmasının önəmini qeyd etmişdir. O, medianın təkcə hadisələrin işıqlandırılmasında deyil, eyni zamanda ictimai rəyin formalaşdırılmasında mühüm təsir gücünə malik olduğunu bildirmişdir. Hazırda dünyada informasiya müharibələri, dezinformasiya və feyk xəbərlərin artması fonunda bu çağırış xüsusi aktuallıq qazanır.
Prezident  cənab İlham Əliyev həmçinin iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və yaşıl enerji strategiyası mövzusunda da əhəmiyyətli fikirlər səsləndirmişdir. O, Azərbaycanın COP29 tədbirinə ev sahibliyi etməsinin təsadüfi olmadığını, ölkəmizin bu istiqamətdə ardıcıl siyasət həyata keçirdiyini vurğulamışdır. 2030-cu ilə qədər ölkəmizin 6 giqavatlıq yaşıl enerji istehsalı potensialına sahib olması planlaşdırılır ki, bu da Azərbaycanın ekoloji baxımdan məsuliyyətli ölkə imicini möhkəmləndirir.
Forumda regional əməkdaşlıq məsələləri də geniş şəkildə müzakirə olunmuşdur. Prezident cənab İlham Əliyev çıxışında Zəngəzur dəhlizi layihəsinin strateji əhəmiyyətini vurğulayaraq, bu dəhlizin yalnız Azərbaycanın Naxçıvanla birləşməsi deyil, eyni zamanda beynəlxalq logistika və tranzit marşrutlarının genişləndirilməsi baxımından vacib olduğunu qeyd etmişdir. O, Ermənistanın bu layihədə passiv davranışının öz izolyasiyasını dərinləşdirəcəyini xüsusi vurğulamışdır.
Qarabağın bərpası məsələsi də çıxışın əsas mövzularından biri olmuşdur. Şuşa və digər azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri yalnız Azərbaycanın gücünü deyil, həm də xalqımızın iradəsini və gələcəyə inamını nümayiş etdirir. Özbəkistanın Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb tikməsi kimi nümunələr, qardaş ölkələrlə əməkdaşlığın bariz göstəricisi kimi qiymətləndirilir.
Prezident İlham Əliyev həmçinin Qarabağ münaqişəsinin başa çatmasının regionda yeni sabitlik və inkişaf imkanları yaratdığını vurğulamışdır. Bu, yalnız iqtisadi deyil, həm də siyasi baxımdan yeni bir dövrün başlanğıcıdır. O, Azərbaycan xalqının birliyini və həmrəyliyini bu qələbənin əsas səbəblərindən biri kimi qeyd etmişdir. Bununla yanaşı, Prezident çıxışında beynəlxalq güclərin bəzən ədalətsiz və qərəzli münasibətini də qeyd edərək, Azərbaycanın heç vaxt haqsızlığa boyun əyməyəcəyini bildirmişdir.
Məqalənin davamında Prezident cənab  İlham Əliyevin çıxışında səsləndirdiyi əsas tezislərə nəzər salaq: Azərbaycanın enerji siyasətində yaşıl enerjinin inkişafı, Avropa ilə enerji əməkdaşlığının dərinləşdirilməsi, Çin Xalq Respublikası və digər ölkələrlə strateji tərəfdaşlıq və beynəlxalq aləmdə ölkəmizin artan nüfuzu bu Forumda geniş müzakirə olunan mövzular arasında idi.
Eyni zamanda, Prezident cənab  İlham Əliyev medianın müstəqil və obyektiv fəaliyyətinin vacibliyini vurğuladı. O, qeyd etdi ki, ölkəmiz beynəlxalq arenada mədəniyyətlərarası dialoq, informasiya mübadiləsi və media azadlığı prinsiplərinə önəm verir. Bu da Azərbaycanın qlobal miqyasda hörmət qazanan dövlət imicinin formalaşmasında mühüm rol oynayır.
Nəticə etibarilə, III Şuşa Qlobal Media Forumu yalnız bir media tədbiri deyil, həm də Azərbaycanın qlobal arenada artan nüfuzunu nümayiş etdirən mühüm platformadır.        Prezident cənab İlham Əliyevin çıxışı Forumun əsas ideya xəttini təşkil etmiş, milli maraqların qorunması, qlobal əməkdaşlığın inkişafı və medianın rolu barədə strateji mesajlar vermişdir. Bu Forum, həm regionun, həm də dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlər üçün Azərbaycanın inkişaf modelini, yenidənqurma işlərini və gələcəyə baxışını yaxından öyrənmək imkanı yaratmışdır.
Beləliklə, Prezident cənab İlham Əliyevin çıxışı təkcə Azərbaycan üçün deyil, həm də beynəlxalq i ctimaiyyət üçün mühüm strateji göstəriciləri özündə ehtiva edir. Şuşada keçirilən bu tədbir ölkəmizin yeni reallıqlar yaratmaq gücünü və qlobal proseslərə fəal şəkildə təsir etmək potensialını bir daha sübut etdi.

 

Məryəm Əzizova

Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin  Azərbaycan dili və ədəbiyyat müəllimi

↑