Cümə, 30 Oktyabr 2026 14:30:50 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00
Xəbər xətti

Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur

01.06.2025 11:04 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Zəngin təbii sərvətlərə malik Azərbaycan qədimdən bəri salnaməçilərin, tarixçilərin və səyyahların böyük marağına səbəb olmuşdur. Ölkəmiz qədim və orta əsrlər dövrünə aid saysız-hesabsız mədəniyyət nümunələri ilə onu görənləri heyrətləndirmişdir.

Azərbaycanın zəngin mədəni və ədəbi irsinin dünyaya tanıdılması hər zaman ölkə başçımızın həyata keçirdiyi uğurlu siyasətin prioritet işlərindən olmuşdur. Təsadüfi deyildir ki, 44 günlük Vətən müharibəsindən sonra müxtəlif xarici ölkələrdən olan qrupların Azərbaycana səfərləri təşkil olunmuşdur. Baş tutan səfərlər ölkəmizin zəngin mədəniyyətini dünyaya çatdırmaq, inkişafına təkan vermək və turizm sektorunu genişləndirmək məqsədi daşıyır.

Azərbaycan bu səfərləri təşkil etməklə, həm qonaqpərvər ölkə olduğunu, həm də 30 il ərzində mənfur düşmən tərəfindən mədəniyyət abidələrinin necə dağıdıldığını, viran qaldığını, ərazilərimizdə çıxarılan təbii sərvətlərinin necə talandığını dünya  ictimaiyyətinə çatdırır.

Erməni sakinlərinin kompakt yaşadığı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər  Azərbaycanın milli təhlükəsizliyinə hədədir və belə qanunsuz fəaliyyətlərə son qoyulması zəruridir. Bu xüsusda, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq, Azərbaycan Respublikası Laçın dəhlizi üzrə  hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

Azərbaycan Respublıkasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonuna səfəri zamanı  “LATİFA” tikiş fabrikinin, “PIRSHAGHI” ayaqqabı fabrikinin, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı həmçinin Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşdə iştirak edib, onlara yeni evlər təqdim olunub.

Regionda yeni iş yerlərinin yaradılması, yol infrastruktrunun bərpa edilməsi, həmçinin burada sahibkarlıq fəaliyyətinə lazımi  dəstək olunması iqtisadi fəallığın əsas amillərindəndir. Bu istiqamətdə “Laçın Aqro-Sənaye Parkı” xüsusilə mühüm rol oynayır.

Laçın, nəinki Azərbaycanın, həmçinin  dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevrillir. Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar çəkilir. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur. Laçın şəhərinin memarlıq üslubu da göz oxşayır.  Bütün bunlar hər bir vətəndaş kimi hamımızı qürurlandırır.

 

Yunis Əsgərli

Suraxanı RİHB-nin Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin  müavini

↑