Cümə, 30 Oktyabr 2026 14:32:21 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00
Xəbər xətti

Üç Qardaş Ölkənin Birliyi Yeni Zirvədə

01.06.2025 10:57 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

İşğaldan azad edilmiş Laçın şəhərində keçirilmiş ikinci üçtərəfli Zirvə görüşü Azərbaycan-Türkiyə-Pakistan dostluğunun və qardaşlığının növbəti parlaq təzahürü kimi tarixə düşdü. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, bu üç dövlət yalnız ortaq maraqlarla deyil, eyni zamanda ortaq tarixi, dəyərləri və gələcəyə dair baxışları paylaşır.

Zirvə görüşündə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri cənab Məhəmməd Şahbaz Şərifin iştirakı, bu ölkələrin Azərbaycanla həmrəyliyinin və dəstəyinin yüksək səviyyədə olduğunu göstərdi.

Azərbaycan Prezidenti çıxışında qeyd etdi ki, Azərbaycan, Türkiyə və Pakistan bütün dövrlərdə – həm yaxşı günlərdə, həm də çətin məqamlarda bir-birinin yanında olub, sarsılmaz həmrəylik nümayiş etdiriblər. Məhz bu mənəvi və siyasi yaxınlıq, üç ölkə arasında formalaşmış möhkəm əməkdaşlıq platformasını gündən-günə genişləndirir.

Prezident İlham Əliyev bildirdi ki, bu gün Laçında, Şərqi Zəngəzurda baş tutan mərasim və Zirvə görüşü Azərbaycan-Türkiyə-Pakistan birliyinin real və praktiki təsdiqidir.

Zirvə görüşündə regional sabitlik, iqtisadi əməkdaşlığın inkişafı, müdafiə və təhlükəsizlik məsələləri, o cümlədən humanitar sahədə əməkdaşlıq kimi vacib istiqamətlər ətrafında geniş müzakirələr aparılıb. Bu görüş, eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərinin beynəlxalq dəstəyə malik olduğunu da bir daha nümayiş etdirdi.

Azərbaycan, Türkiyə və Pakistan arasındakı münasibətlər artıq sadəcə diplomatik əlaqələr deyil, eyni strateji vizyona malik üç müttəfiqin ortaq gələcəyə doğru birgə addımlamasının bariz nümunəsidir. Mədəniyyət, iqtisadiyyat, hərbi əməkdaşlıq, təhsil və digər sahələrdə bu üç ölkənin inteqrasiyası regionda sülhün və davamlı inkişafın təmin olunmasında mühüm rol oynayır.

Sonda qeyd edək ki, Laçında keçirilmiş üçtərəfli Zirvə görüşü tarixdə təkcə diplomatik hadisə deyil, həm də Cənubi Qafqazda və daha geniş regionda yeni geosiyasi reallıqların formalaşmasında mühüm addım kimi qalacaq. Azərbaycan, Türkiyə və Pakistan birliyi gələcəyin sabit və güclü Avrasiya məkanının əsas dayaqlarından biri olmağa doğru irəliləyir.

 

Emil Yusifov

Əmircan bələdiyyəsinin sədri

↑