Cümə, 30 Oktyabr 2026 14:32:04 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00
Xəbər xətti

Azərbaycan ilə Türkiyə və Pakistan arasında əlaqələr tarixi köklərə əsaslanır

01.06.2025 10:43 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan, Türkiyə və Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri regionda sülhün və təhlükəsizliyin mühüm təminatçısı rolunu oynayır. 2025-ci ilin 28 may tarixində Laçında baş tutmuş Zirvə görüşü bu münasibətlərin daha da möhkəmləndirilməsinin parlaq nümunəsi olmuşdur. Üç qardaş ölkənin liderlərinin bir araya gəlməsi yalnız diplomatik əməkdaşlıq deyil, həm də ortaq tarix və gələcək vizyonunun nümayişidir.

Azərbaycan ilə Türkiyə və Pakistan arasında əlaqələr tarixi köklərə əsaslanır. Türkiyə, Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk ölkələrdən biri olmuş, Pakistan isə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri kimi tarixə düşmüşdür. Hər iki ölkə Qarabağ münaqişəsi dövründə Azərbaycanın haqlı mövqeyini daim dəstəkləmişdir. Bu üç ölkə arasında təkcə siyasi deyil, həm də dini, mədəni və mənəvi bağlar uzun müddətdir mövcuddur.

2025-ci ilin 28 mayında – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümündə – Laçında keçirilən Zirvə görüşü Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının zirvəsi kimi qiymətləndirilə bilər. İşğaldan azad olunmuş ərazidə baş tutan bu tədbir, yalnız rəsmi görüş yox, həm də üç qardaş ölkənin birliyinin, həmrəyliyinin təntənəsi idi. Laçın şəhəri illərlə Ermənistan işğalı altında olmuş və bu bölgədəki tədbir regional ədalətin bərpasının simvolu kimi qiymətləndirilmişdir.

Zirvə görüşü, eyni zamanda, regional təhlükəsizlik baxımından da mühüm siqnal idi. Azərbaycan, Türkiyə və Pakistanın birgə əməkdaşlığı regionda sabitliyə, separatizmin qarşısının alınmasına və yeni geosiyasi reallığın formalaşmasına töhfə verir. 2023-cü ildə Azərbaycan tərəfindən keçirilən antiterror əməliyyatı ilə separatçılığın kökü kəsilmiş və ölkənin suverenliyi tam bərpa olunmuşdur.

Cənab Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, azad olunmuş ərazilərdə artıq genişmiqyaslı bərpa işləri aparılır – xəstəxanalar, məktəblər, yollar və hava limanları tikilir. Bu fəaliyyətlər təkcə iqtisadi deyil, həm də siyasi və strateji baxımdan Azərbaycanın güclənməsini nümayiş etdirir.

Azərbaycan-Türkiyə-Pakistan münasibətləri bu gün regionda sülhün, sabitliyin və birliyin əsas sütunlarından birinə çevrilmişdir. Laçında keçirilən Zirvə görüşü bir daha sübut etdi ki, qardaşlıq və strateji əməkdaşlıq yalnız tarixi bağlara deyil, həm də ortaq gələcək vizyonuna söykənir. Bu birliyin fonunda Azərbaycan nəinki işğaldan azad olunmuş torpaqlarını bərpa edir, həm də beynəlxalq miqyasda öz siyasi çəkisini artırır. Azərbaycan xalqı bu birlikdən güc alaraq əmin addımlarla irəliləyir və yeni reallıqları formalaşdırır. Prezident İlham Əliyevin çıxışında ifadə etdiyi kimi: “Qələbə bizimlədir və bizimlə olacaq.”

 

Könül Hüsenova

Suraxanı rayonu, Abil Səfərov adına 114 №li tam orta məktəbin direktoru

↑