Cümə, 30 Oktyabr 2026 14:31:24 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00
Xəbər xətti

MÜSTƏQİLLİK GÜNÜ

27.05.2025 10:51 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Millî Şurası İstiqlal                    Bəyannaməsini imzalamaqla, Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam  etdirməyə nail olmuşdur. Cəmi 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrin formalaşmasında mühüm rol oynamışdır.

Xalq Cümhuriyyəti dövründə ilk dəfə qadınlara seçki hüququ verilib və qadın-kişi münasibətlərində gender bərabərliyi təmin edilib, milli ordu yaradılıb, milli valyuta buraxılıb, milli bank təsis edilib.

Azərbaycandan bütün dünyaya əbədiyaşar, əbədiyanar günəş tək doğan ümumilli liderimiz Heydər Əliyevin sayəsində Cümhuriyyətin adı özünə qaytarıldı. Müstəqillik dövründə AXC ilə bağlı arxiv materiallarının açılması ilə elmi işlər reallaşdı, həqiqətlər aşkar oldu.

Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri və himni bərpa edildi.

Müdrik rəhbər Heydər Əliyev deyirdi ” Müsəlman Şərqində ilk Demokratik Cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması, xalqımızın o dövrdə, o illər ərəfəsində XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, millî müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, millî oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.

1918-ci il 9 noyabr tarixində Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir. O vaxta qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngli idi.

Təəssuflər olsun ki, Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi Azərbaycanı zorla öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, İstiqlal ideyası məğlub olmadı və 1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Ulu Öndər Heydər Əliyev dönə-dönə vurğulamışdır ki, biz bu gün demokratik Azərbaycan Respublikasını qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin yenidən bərpasına xüsusi önəm verən Heydər Əliyev deyib: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika günü elan etmişik və bu bizim millî bayramımızdır”.

2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 illiyində xalqımız 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli – öz ərazi bütövlüyünü bərpa etmiş qalıb xalq kimi qeyd etdi.

Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə, May ayının 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi.

Hər iki əlamətdar tarixi xalqımız bayram edir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi hadisə adlandıran, Ulu Öndər Heydər Əliyevin uğurlu yolunun ən uğurlu davamçısı, möhtərəm prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları 28 may 2023-cü ildə Laçın şəhərinə qayıdan əhali ilə görüş zamanı deyib: “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü müstəqil Azərbaycan!”.

“Bu gün müstəqillik günüdür. Əziz Laçınlılar, ilk növbədə sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm!

Bu gün ikiqat bayramdır. Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərlərinə qayıdıblar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Bu görüşü məhz 28 may tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmdirib, eyni zamanda, bu gün müstəqil  Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir”.

Müstəqillik Günü il bağlı bu yazımı Ulu Öndərin müdrik fikirləri ilə tamamlamaq istərdim: “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir”.

28 May Müstəqillik Gününüz mübarək olsun!

Rəşad Mürşüdov

 

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının

Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi          

↑