Cümə, 30 Oktyabr 2026 13:46:22 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00
Xəbər xətti

28 May Müstəqillik günü

27.05.2025 10:49 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

28 May – Azərbaycan xalqının yaddaşında həkk olunmuş, qürurla anılan belə günlərdən biridir. Bu tarix sadəcə təqvimdəki bir rəqəm deyil, azadlıq və müstəqillik ruhunun doğulduğu gündür.

1918-ci ilin 28 mayı… Tiflisin bir otağında qəlbdən gələn səs yüksəlir: “Azərbaycan müstəqildir!” Bu sözlərlə doğulur Azərbaycan Xalq Cümhuriyyəti – Şərqin ilk demokratik respublikası. Hələ silah səsi kəsilməyib, hələ yollar palçıq içində, amma ümidlər göylərə ucalıb.

28 May tarixi Azərbaycan xalqı üçün xüsusi əhəmiyyətə malikdir. 1918-ci il məhz bu gündə, Şərqdə və müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldı. Bu tarixi hadisə, Azərbaycan xalqının azadlıq və müstəqillik arzularının rəmzinə çevrildi. Tiflisdə qəbul edilən İstiqlal Bəyannaməsinə əsasən, Azərbaycan xalqının suverenliyi tanındı və müstəqil dövlət quruldu. Cümhuriyyət cəmi 23 ay yaşadı. Amma bu qısa ömürdə bir ömürlük iz qoydu. Parlament quruldu, qadınlara səsvermə hüququ verildi, məktəblər açıldı, maarifə yol salındı. 1920-ci ilin aprelində sovet qoşunlarının Azərbaycana daxil olması ilə Cümhuriyyət süqut etdi. Lakin onun ideyaları xalqın yaddaşında yaşadı və 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini bərpa edərkən, AXC-nin varisi olduğunu bəyan etdi.

1990-cı ildən başlayaraq, 28 May günü Respublika Günü kimi qeyd olunmağa başlandı. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur. Nəticə olaraq, 28 May sadəcə bir tarix deyil, milli kimliyimizin, azadlıq əzminin və demokratik dəyərlərə bağlılığımızın simvoludur. Bu gün hər bir azərbaycanlı üçün qürur və fəxarət günüdür. İndi hər il 28 mayda küçələrdə bayraqlar dalğalanır. Uşaqlar sevinc içində, böyüklər qürurla bu günü yad edir. Çünki bu gün azadlığın, istiqlalın, xalqın iradəsinin təntənəsidir.

 

 

Arzu Aslanova

 Zığ bələdiyyə sədri

 

 

 

 

 

 

 

↑