Cümə, 30 Oktyabr 2026 13:45:46 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00
Xəbər xətti

28 May – Azadlığın səsi, xalqın iradəsi

27.05.2025 10:46 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Tarixdə elə günlər var ki, zaman keçsə də, onların izi heç vaxt silinmir.

28 May – məhz belə bir gündür. Bu tarix təkcə bir dövlətin yaranması deyil, bir millətin azad yaşamaq haqqının bərqərar olması deməkdir. 1918-ci ilin  mayında Azərbaycan xalqı dünyaya öz sözünü dedi: “Biz varıq, biz azadıq və biz öz dövlətimizi qururuq!”

Azərbaycan Xalq Cümhuriyyəti – bu iki söz əslində bir millətin minillik arzularının, azadlıq mübarizəsinin nəticəsidir. Şərqdə ilk demokratik respublikanı yaratmaq, qadınlara seçki hüququ vermək, milli ordu, universitet, bayraq, pul vahidi və digər dövlət institutlarını qurmaq. Bunlar yalnız uzaqgörən siyasətçilərin deyil, həm də xalqın iradəsinin göstəricisidir.

Bəli, cəmi 23 ay yaşadı cümhuriyyət. Amma bu qısa ömür sonsuz bir yolun başlanğıcı oldu. O yol ki 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası həmin ideyalarla addımlamağa davam etdi. Bu gün biz həmin ruhun daşıyıcılarıyıq. Hər dəfə üçrəngli bayrağımız göylərdə dalğalananda, hər dəfə “Azərbaycan” deyə səslənəndə biz o günə – 28 May 1918-ci ilə borcluyuq.

Unutmayaq: müstəqillik verilmir, qazanılır! Bu gün əldə etdiyimiz azadlığı qorumaq, onu daha da möhkəmləndirmək bizim nəsillərin üzərinə düşən müqəddəs vəzifədir. 28 May – təkcə bir bayram deyil, həm də düşünmək, dəyərləndirmək və vətəndaşlıq məsuliyyətini hiss etmək günüdür.

Qoy bu tarix hər birimizin yaddaşında azadlığın, milli birliyin və vətən sevgisinin rəmzi kimi yaşasın!

 

Könül Əliyeva

 Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin direktoru

↑