Cümə, 30 Oktyabr 2026 12:56:47 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00
Xəbər xətti

Azərbaycan – Macarıstan arasında ikitərəfli münasibətlər

22.05.2025 14:22 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan Respublikası ilə Macarıstan Respublikası arasında strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətləri son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib. Prezident İlham Əliyev və Macarıstan rəhbərliyi arasında aparılan yüksək səviyyəli görüşlər bu münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır.

Azərbaycan və Macarıstan arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə 2014-cü ildə imzalanıb. Bu sənəd iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsi, qarşılıqlı hörmət və maraqlar əsasında inkişaf etdirilməsini nəzərdə tutur. Macarıstan, Avropa İttifaqı daxilində Azərbaycanın ən yaxın tərəfdaşlarından biri hesab olunur.

Macarıstan hökuməti hər il Azərbaycan tələbələri üçün təqaüd proqramları təqdim edir. “Stipendium Hungaricum” proqramı çərçivəsində yüzlərlə azərbaycanlı tələbə Macarıstan universitetlərində təhsil alır.

Eyni zamanda, mədəniyyət sahəsində qarşılıqlı tədbirlər keçirilir.

Azərbaycan və Macarıstan arasında enerji sahəsində əməkdaşlıq son illərdə xüsusilə ön plana çıxmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın təbii qazının Avropaya çıxarılması məqsədilə “ Cənub Qaz Dəhlizi “genişləndirilmiş və Macarıstan bu layihədə maraqlı tərəf olmuşdur.

Hər iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi məqsədilə Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyası fəaliyyət göstərir. Bu çərçivədə kənd təsərrüfatı, nəqliyyat, infrastruktur və maliyyə sahələrində layihələr həyata keçirilir.

 

Günel Süleymanova

Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

 

 

 

 

 

 

↑