Cümə, 30 Oktyabr 2026 12:56:02 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00
Xəbər xətti

Azərbaycan və Macarıstan arasında münasibətlər gələcəyə yönəlmiş ortaq maraqlar və etimada əsaslanır

22.05.2025 12:02 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində verdiyi bəyanatlar iki ölkə arasında strateji tərəfdaşlıq və dərin dostluq münasibətlərini bir daha nümayiş etdirdi. Bu səfər zamanı keçirilmiş görüşlərdə və mətbuata bəyanatda qeyd olundu ki, Azərbaycan və Macarıstan bir çox məsələlərdə ortaq mövqelərə malikdir, bu da ikitərəfli münasibətlərin davamlı inkişafı üçün möhkəm zəmin yaradır.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan və Macarıstanı birləşdirən mühüm oxşarlıqlar mövcuddur. Hər iki ölkənin əhalisinin və ərazisinin miqyası, dənizə birbaşa çıxışın olmaması və müharibə aparan ölkələrlə həmsərhəd olmaları bu ölkələr arasında təbii bir anlaşma yaradıb. Bu ortaq xüsusiyyətlər fonunda yaranan əməkdaşlıq, siyasi və iqtisadi sahələrdəki tərəfdaşlığın səmərəliliyini daha da artırır.

Bəyanatda həmçinin İkinci Qarabağ müharibəsinə toxunulub və vurğulanıb ki, bu müharibə Azərbaycan tərəfindən beynəlxalq hüquq çərçivəsində, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən aparılmış və nəticədə ölkənin ərazi bütövlüyü bərpa olunmuşdur. Azərbaycan təkcə hərbi yox, diplomatik müstəvidə də təşəbbüskar olaraq sülh müqaviləsinin əsas müəllifi olmuş və bu təkliflər bu gün Ermənistan tərəfindən qəbul edilmişdir. Lakin hələ də Ermənistan konstitusiyasındakı ərazi iddiaları və ATƏT-in Minsk qrupunun formal ləğvi məsələləri həll olunmamış qalır.

Energetika sahəsində əməkdaşlıq da diqqətəlayiqdir. Azərbaycan artıq Macarıstana təbii qaz ixrac edir və Macarıstan şirkətləri ölkəmizin iri enerji layihələrində – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”də pay sahibidirlər. Eyni zamanda, yaşıl enerji sahəsində əməkdaşlıq genişlənir və növbəti illərdə bu sahədə böyük həcmli layihələr həyata keçiriləcəkdir.

Prezident İlham Əliyev Macarıstanın müstəqil xarici siyasətini yüksək qiymətləndirərək, xüsusilə Avropa İttifaqı daxilində milli maraqları önə çəkmək bacarığını “qəhrəmanlıq və siyasi iradə” nümunəsi kimi dəyərləndirdi. Macarıstanın Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal iştirakı və Şuşadan sonra qeyri-rəsmi Zirvə görüşünün Budapeştdə keçirilməsi bu ölkənin türk dünyası ilə əlaqələrə verdiyi əhəmiyyəti göstərir.

Səfər bir daha sübut etdi ki, Azərbaycan və Macarıstan arasında münasibətlər yalnız keçmişə və oxşarlığa deyil, həm də gələcəyə yönəlmiş ortaq maraqlar və etimada əsaslanır.

 

 

Şəms Həşimova

 Suraxanı rayonu, N.Həmidov adına 208 nömrəli tam orta məktəbin tarix müəllimi

 

↑