Cümə, 30 Oktyabr 2026 12:56:47 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
30 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ekspertizanın hadisə yerində keçirilməsi üçün yeni qaydalar müəyyənləşir30.10.2026 12:00 Abşeronda tövlədə yanğın baş verib, 7 ton ot bağlaması yanıb30.10.2026 09:00 Ceyranbatanda zəhərləndiyi deyilən şagirdlərdə rotavirus aşkarlandı29.10.2026 21:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00
Xəbər xətti

Azərbaycan və Vyetnam arasında əməkdaşlıq üfüqləri genişlənməkdədir

11.05.2025 15:17 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. İlk dəfə 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə, o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilmişdir.

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi.

Cənab Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama, 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açmışdır.

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri, imzalanan sənədlərin səviyyəsi göstərir ki, möhkəm təməl üzərində qurulmuş əlaqələr bundan sonra da inkişaf edəcəkdir. Rəsmi danışıqlardan sonra baş tutan mətbuat konfransında Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Bəyanatla çıxış etmişlər.

Ölkəmizin başçısı bu əlaqələri yüksək qiymətləndirərək demişdir: “Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır.”

Cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, energetika sahəsində imzalanmış sənədlər və apardılmış müzakirələr yaxın gələcəkdə iki ölkə arasında bu sahədə əməkdaşlıq daha da genişlənəcəkdir.

Vyetnam şirkətlərinin Azərbaycana, Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələlərinin müzakirə olunduğunu diqqətə çatdıran ölkə başçısı bu sahədə   konkret addımlar atılmasına dair göstəriş verildiyini bildirmişdir.

İki ölkə arasında ticarət dövriyyəsinin balanslaşdırılmış formada olmasını arzu edən cənab Prezident İlham Əliyev bunun üçün qarşılıqlı informasiya mübadiləsinin vacib olduğunu, ölkələrimizdə həyata keçirilən layihələrin, investisiya imkanlarının mahiyyəti, qaydaları, qanunvericilik bazası, vergi inzibatçılığı – bütün bu məsələlərə dair məlumat mübadiləsinin vacib olduğunu, belə halda  ticarət dövriyyəsinin təkcə neft amilindən asılılığının aradan qaldıracağına inamını ifadə etmişdir.

Aydın  siyasi xəttin, xarici siyasətdə ardıcıl və davamlı irəliləyişin olması onu göstərir ki, ölkəmizin Şərq siyasəti özünü doğrultmaqda, yeni əməkdaşlıqlar və dəyişməz prinsiplər əlavə dividentlər gətirməkdədir.

 

Arzu Miriyev

Suraxanı rayonu, 65 nömrəli tam orta məktəbin direktoru

↑